Məhkəmə qərarları › İş №3(5-95)-368/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-368/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-368/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş üzrə zərər çəkmiş şəxslər X2, X8 və X7 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və zərər çəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək, zərəçəkmiş şəxslərlə barışdığını, məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və sürücü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbiri görülməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, 20 noyabr 2025-ci il tarixdə, saat 08:10 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindən Pirallahı rayon istiqamətində Stansiya qalanın yaxınlığında Şəxs idarə etdiyi “Renault Megane” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rəcəbov İsrafil Hicran oğlunun idarə etdiyi “X15 CDİ” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq, nəticədə X15 CDİ” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X2, X8 və X7 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X9 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X6” X10 xx.xx.2025-ci il tarixli 1200 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıqbaldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X13" X17 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X6” X10 xx.xx.2025-ci il tarixli 1202 nömrəli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyənin, alt dodağın, sol əlin qançırları, çənəaltı nahiyənin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X13" X17 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X6” X10 xx.xx.2025-ci il tarixli 1201 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki dizin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X13" X17 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -Məhkəmə Ekspertiza Mərkəzinin 8/2872 nömrəli ekspert rəyindən görünür ki, “Renault Megane” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbyacan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, 20 noyabr 2025-ci il tarixdə, saat 08:10 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindən Pirallahı rayon istiqamətində Stansiya qalanın yaxınlığında Şəxs idarə etdiyi “Renault Megane” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rəcəbov İsrafil Hicran oğlunun idarə etdiyi “X15 CDİ” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq, nəticədə X15 CDİ” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X2, X8 və X7 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar