Məhkəmə qərarları › İş №3(5-95)-374/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-374/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-374/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 bildirdi ki, xx.xx.2026-cı il tarixdə, ünvan 2 ünvanında yaşayan X4 DİN-in 102 zəng xidmətinə müraciət edərək bildirmişdir ki, təmizlənməsi üçün avtomobilini verdiyi avtoyuma məntəqəsində olarkən avtomobilin salon hissəsində, oturacağın altında saxladığı bir ədəd dəyəri 485 manat olan səsgücləndirici oğurlanmışdır. Bununla əlaqədar araşdırılma aparılmış və oğurluq edən şəxsin Şəxs olması aşkar edilərək barəsində protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, törətdiyi əməldən peşmandır. xx.xx.2026-cı il tarixdə axşam saatlarında içkili halda evə gedərkən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində avtoyumanın qarşısında dayanmış, qapısı açıq olan avtomobili görüb ora yaxınlaşmış və oturacağın üzərində olan səsgücləndiricini görüb istifadə etmək məqsədilə götürərək oradan uzaqlaşmışdır. Səhəri gün səsgücləndiricini gördükdən sonra isə əməlindən peşman olaraq onu avtoyuma məntəqəsnə vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə X3 məxsus səsgücləndiricini oğurlayaraq xırda talama hərəkətləri etmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs əməlindən peşman olaraq oğurladığı səsgücləndiricini geri qaytarmışdır. Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. - Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraatın açılması aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsin əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində avtoyumanın qarşısında dayanmış avtomobilin oturacağındakı bir ədəd dəyəri 485 manat olan səsgücləndiricini oğurlamış, daha sonra isə əməlindən peşman olaraq geri qaytarmışdır. Məhkəmə hesab edir ki, Şəxs oğurlanmış əşyanı zərəçməkmiş şəxsə geri qaytardığından və zərəçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığından onun barəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Müvafiq müddəanın qeydinə əsasən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata vurulmuş ziyan tamamilə ödəndiyindən və zərər çəkmiş şəxslə barışıq əldə edildiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata vurulmuş ziyan tamamilə ödəndiyindən və zərər çəkmiş şəxslə barışıq əldə edildiyindən xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar