Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-38/2026 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş 29 dekabr 2025-ci il tarixli, 00100- 04040/25 nömrəli protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, protokol və ona əlavə edilmiş sənədlər inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta protokol və ona əlavə edilmiş materiallardan görünür ki, ehtimal edilən inzibati xəta hadisəsinin yeri dəqiq göstərilməməklə (Tovuz-Şəmkir yolu) Xəzər rayonu ərazisində baş veməmişdir. Lakin törədilməsi ehtimal olunan inzibati xəta hərəkətlilik nəticəsində törədimiş xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. 491.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən göründüyü kimi 491.3-cü maddədə nəzərdə tutulmuş inzibati xəta hərəkət formasında törədilən inzibati xətadır və İXM-nə əsasən hərəkət formasında törədilən inzibati xətalara haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından aidiyyəti üzrə məhkəməyə göndərilməsi üçün geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında 29 dekabr 2025-ci il tarixli, 00100-04040/25 nömrəli protokol və onlara əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(5-95)-38/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-38/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver