Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-380/2026 13.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu X1 Bakı şəhəri X4 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33111696 nömrəli protokolundan verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək avtomobilinə yazılmış protokolun ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində qeyd edib ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında “Mazda CX-7 minik” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin.346.4-cü maddəsinə əsasən barəsində EQ 33111696 nömrəli protokol tərtib edilmişdir. Bildirir ki, şəkillərdən də göründüyü kimi avtomobili yolun hərəkət hissəsi istiqamətində dayanmamış, digər avtomobillərə maneçilik törətməmişdir. Ərizəsinin sonunda protokolun ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Həmin Məcəllənin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Həmçinin inzibati icraat zamanı məhkəmə tərəfindən yoxlanılan akt protokol deyil inzibati qərardır. Lakin şikayət ərizəsində inzibati qərarın tarixi, nömrəsi, hansı orqan tərəfindən qəbul edildiyi və şikayətin hansı səlahiyyətli orqana ünvanlandığı qeyd olunmamışdır. Qeyd edilən hallar prosessual baxımdan qeyri-müəyyənlik yaratdığı üçün şikayətə mahiyyəti üzrə baxılması mümkün deyildir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 132-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhəri X4 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33111696 nömrəli protokolundan verdiyi şikayət geri qaytarılsın. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(5-95)-380/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-380/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver