Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-394/2026 17.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3cü PŞ-nin sahə inspektoru Xalid Məmmədlinin iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Zərdab rayonu, Seyidlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 227-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş 17 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Binə qəsəbəsi, X7 yerləşən X4 məxsus evdən 400 manat dəyərində məişət əşyalarını oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə 03 fevral 2026-cı il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar 17 fevral 2026-cı il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru Xalid Məmmədli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru Xalid Məmmədli inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, Binə qəsəbəsi, X7 yerləşən X4 məxsus evdə kirayə qalmışdır. Sonra ailə problemləri olduğundan həyat yoldaşı öz atası evinə getmişdir. O, isə həmin ünvandan çıxmaq qərarına gəlmişdir. Evdən çıxan zaman əşyalar qarışıq olduğundan ev yiyəsinə məxsus olan əşyaları da yığıb aparmışdır. Sonradan ev yiyəsi ilə danışaraq həmin əşyaları qaytaracağına söz vermiş, lakin müəyyən səbəblərdən vədinə əməl edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 qeyd etdi ki, Şəxs onun evində kirayəçi kimi qısa müddətdə qalmışdır. Sonrdan kirayə haqqını ödəyə bilmədiyindən o, Amindən evi boşaltmasını tələb etmişdir. Amin onu dəfələrlə aldadaraq evdən çıxma vaxtını uzatmış, sonra isə heç bir xəbər vermədən evdə olan ona məxsus bəzi əşyaları da götürərək çıxıb getmişdir. Halbuki, Aminə tapşrmışdır ki, evdən çıxan zaman təhvil-təslim həyata keçirsinlər. Sonra Amindən əşyaların qaytarılmasını bir neçə dəfə tələb etmişdir. Amin əşyaları qaytaracağı barədə vəd vermiş lakin əməl etməmişdir. Amin həmçinin evdə istifadə etdiyi kommunal xərcləri ödəməmişdir. Şəxs şikayətçidir. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırmalar nəticəsində toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və oğurluq edən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. -AZA 018356 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2026-cı il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs Binə qəsəbəsi, X7 yerləşən X4 məxsus evdən 400 manat dəyərində məişət əşyaların oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokollara əlavə edilmiş sənədlərdən və verilmiş izahatlardan müəyyən edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə Şəxs Binə qəsəbəsi, X7 yerləşən X4 məxsus evdən 400 manat dəyərində əşyaları talamışdır. Bu hallar, məhkəmə iclasında özünün etiraf edici izahatı ilə də təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 X3 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(5-95)-394/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-394/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver