Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-395/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X28 Məhəmməd oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-cu il tarixdə Bakı şəhərində doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X19 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixli, MN ******* saylı, xx.xx.2026-cı il tarixli MN ******* saylı, xx.xx.2026-cı il tarixli MN ******* saylı protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X19 bildirdi ki, Xəzər RPİ-nin 3-cü PŞ-də ‘Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda xx.xx.2025-ci il tarixdə 3652 nömrəsilə qeydiyyata alınmış material üzrə, xx.xx.2025-ci il tarixdə saat 12:18-də X21 DİN-nin 102 Z/M-nə zəng edərək, “Facebook” sosial şəbəkəsi vasitəsilə kredit əldə etmək məqsədilə ***-***-**-** nömrəsi ilə əlaqə saxladığını, göstərilən 4169-7388-2678-3411 nömrəli kart hesabına ümumilikdə 72 (yetmiş iki) manat pul göndərdiyini, sonradan aldadıldığını və təhqir edildiyini bildirmişdir. xx.xx.1960-cı il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, hazırda Xəzər rayonu, Binə qəsəbəsi, X32 küçəsi (nömrəsiz) ünvanda yaşayan X22 xx.xx.2025-ci il tarixdə 3-cü PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində kredit əldə etmək məqsədilə ona təqdim olunan 4169-7388-2678-3411 nömrəli kart hesabına 72 manat pul köçürmüşdür. Lakin qarşı tərəf tərəfindən aldadılmış, pulu ələ keçirilmiş və ona qarşı dələduzluq edilmişdir. Bununla əlaqədar olaraq aidiyyəti üzrə qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuş, vətəndaş X8 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə yazmış olduğu elektron müraciətində “Tik-Tok” sosial şəbəkəsində “NİCO” adı ilə qeydiyyatdan keçən səhifəni almaq məqsədilə qeyd olunan 070 ***-**-** və 4098 5844 6516 4281 kartın sahibinə 25 AZN pul köçürdüyünü, həmin şəxsin məlumatları vermədiyini, şəxsin votsapına yazdığını, 3 dəfə qaytaracağını dediyini, lakin şəxsin sonradan onu blokladığını, 25 manat pulun cinayət məsuliyyəti daşımadığını bildiriyini, lakin, şəxsin bu yolla belə rahat etibardan sui-istifadə edib, gələcəkdə daha da püxtələşdirəcəyini, gələcəkdə daha böyük cinayətlərə gətirib çıxaracağını göstərmişdir. Daxil olmuş müraciət cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq araşdırılması üçün Xəzər RPİ 3-cü PŞ-də “Törədilmiş və ya hazırlanan çinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda xx.xx.2025-ci il tarixdə 3585 sayla qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə izahatı alınmış, xx.xx.1991-ci il təvəllüdlü evli, ali təhsilli, "X27”nda mühəndis işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Səfərov küçəsi, yeni sahə nömrəsiz evdə yaşayan vətəndaş X10 AR DİN-ə ünvanladığı elektron müraciəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olan zaman “Tik-Tok" sosial şəbəkəsində “NİCO” adlı profilin satıldığı elanı qarşısına çıxmış, səhifəni almaq niyəti ilə orada qeyd olanan 070 ***-**-** mobil nömrənin vatsapına yazmış, şəxsin səhifəni 50 manata satıdığını söylədikdə aralarında gəldikləri ümumi razılıqla, ilk öncə 25 manat pulu parolu aldıqdan sonra qalan 25 manat göndərəcəyi şərti ilə adını və özünü tanımadığı şəxsin ona “Leobank”-a aid 4098 5844 6516 4281 saylı hesabı vatsap vasitəsilə göndərdikdən sonra, vətəndaş özünə aid "Leobank” kartından xx.xx.2025-ci il tarixdə saat 11:22 radələrində 15 manat öncədən göndərdikdən sonra, həmin şəxsin parolu verməyib, şəxsin mobil nömrəsini blok edib, zənglərə cavab verməmiş, bu zaman Vilayət Heybətzadə tanımadığı şəxs və yaxud şəxslər tərəfindən aldadıldığını başa düşmüş və ona bu hadisə nəticəsində 15 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa 01 fevral 2026-cı il tarixdə X2nın müraciəti əsasında toplanmış material daxil olmuşdur. X2 ərizə yazaraq bildirmişdir ki, 31 yanvar 2026-cı il tarixdə saat 22 radələrində əlavə pul qazanmaq məqsədi ilə tanımadığı şəxsə məxsus 5522 0993 5203 5315 nömrəli ABB kartına 195 manat pul göndərsə də həmin şəxs ona qarşı dələduzluq etmişdir. Ərizəsinin sonunda həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı X6 izahat verərək bildirmişdir ki, 31 yanvar 2026-cı il tarixdə saat 22 radələrində əlavə pul qazanmaq məqsədi ilə tanımadığı şəxsə məxsus 5522 0993 5203 5315 nömrəli ABB kartına 195 manat pul göndərsə də həmin şəxs ona qarşı dələduzluq etmişdir. AR CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, 177.1, 1318.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. X1 195 ziyan dəymişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa 19 yanvar 2026-cı il tarixdə icraatıma X7nun müraciəti əsasında toplanmış material daxil olmuşdur. X7 ərizə yazaraq bildirmişdir ki, 17 yanvar 2026-cı il tarixdə saat 00:55 radələrində “lalafo.az” saytında ev elanı görərək, Zaur adlı şəxsə məxsus olan 4127 2093 0812 1604 nömrəli kart hesabına beh kimi 100 manat pul atmışdır. Lakin həmin şəxs onu aldatmış, pulunu geri qaytarmamışdır. Ərizəsinin sonunda pulunun qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı X23 izahat verərək bildirmişdir ki, 17 yanvar 2026-cı il tarixdə saat 00:55 radələrində “lalafo.az” saytında ev elanı görərək, Zaur adlı şəxsə məxsus olan 4127 2093 0812 1604 nömrəli kart hesabına beh kimi 100 manat pul atmışdır. Həmin evi kirayə götürmək üçün istəmişdir. Zaur adlı şəxslə ***-***-**-** nömrəsilə əlaqə saxlamışdır. Halhazırda həmin şəxs telefonlarına cavab vermir. Zaur onu aldatmış, pulunu geri qaytarmamışdır. AR CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci radələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. X5 100 manat ziyan dəymişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, törətdiyi əməllərdən peşmandır. Əldə etdiyi pullara içki almış və istifadə etmişdir. Ziyan məbləğlərini qaytarmağa imkanı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Müvafiq müddəanın qeydinə əsasən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talamışdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2026-cı il tarixli, MN 2252655, saylı protokoldan görünür ki, Şəxs, “Lalafo” internet saytından saxta elan paylaşaraq vətəndaş X13 aldadaraq 100 manat pulunu ələ keçirmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -xx.xx.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X16 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində AR İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs, vətəndaş X18 qarşı dələduzluq edərək 72 manat pulunu kartına atdırmaqla ələ keçirmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində AR İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs, “Tik tok” sosial şəbəsində vətəndaş X9 aldadaraq 25 manat pulunu ələ keçirmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2026-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində AR İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs, X1 qarşı dələduzluq edərək, əlavə pul qazanmaq adı altında aldadaraq 195 manat pulunu ələ keçirmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs müxtəlif vaxtlarda bir neçə şəxsə qarşı dələduzluq etmişdir.Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-ci maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(5-95)-395/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-395/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver