Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-41/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokola uyğun izahat verib törətdiyi inzibati xəta əməlini etiraf edərək 22 sentyabr 2025-ci il tarixdə idarə etdiyi "Toyota Aqua" markalı "** CA ***" qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş üzərlərində Azərbaycan Respublikası aksiz markası olmayan 2 (iki) blok "Marlboro Cherry compact" markalı, 2 (iki) blok "Marlboro Chocolate compact" markalı, 2 (iki) blok "Marlboro double mix" markalı, 1 (bir) blok "Sobranie london since 1879" markalı, 1 (bir) blok "Marlboro gold" markalı siqaretlər, 8 (səkkiz) qutu "De nol 120mq" markalı, 2 (iki) qutu "Ursofalk 250mg kapsul" markalı, 1 qutu "Sitoflavin 100 tablet" markalı, 1 (bir) qutu "Sitoflavin 10 ampul" markalı, 1 (bir) qutu "Pikamilon" markalı, 1 (bir) qutu "Dyucpatalin" markalı, 1 (bir) qutu "Mikrazim" markalı dərman preparatı, 1 (bir) ədəd "İphone 13 blue 128GB" İmei (**********24963/ **********75823) markalı mobil telefon, 2 (iki) kq qırmızı kürünün dövlətin xeyrinə müsdirə olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, 00800-01827/25 saylı protokoldan görünür ki, 22 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən malların Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı ərazisində ölkəyə gələn müxtəlif sərnişinlərdən qəbul edilərək Bakı şəhəri ərazisində realizə olunması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi "Toyota Aqua" markalı "** CA ***" dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin arxa yük yerindəki paketlərin içərisindən üzərlərində Azərbaycan Respublikası aksiz markası olmayan 2 (iki) blok "Marlboro Cherry compact" markalı, 2 (iki) blok "Marlboro Chocolate compact" markalı, 2 (iki) blok "Marlboro double mix" markalı, 1 (bir) blok "Sobranie london since 1879" markalı, 1 (bir) blok "Marlboro gold" markalı siqaretlər, 8 (səkkiz) qutu "De nol 120mq" markalı, 2 (iki) qutu "Ursofalk 250mg kapsul" markalı, 1 qutu "Sitoflavin 100 tablet" markalı, 1 (bir) qutu "Sitoflavin 10 ampul" markalı, 1 (bir) qutu "Pikamilon" markalı, 1 (bir) qutu "Dyucpatalin" markalı, 1 (bir) qutu "Mikrazim" markalı dərman preparati, 1 (bir) adǝd "İphone 13 blue 128GB" İmei (**********24963/ **********75823) markalı mobil telefon, 2 (iki) kq qırmızı kürü aşkar edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-7/1252/2025 nömrəli ekspert rəyinə əsasən siqaretlərin keyfiyyət göstəriciləri standart tələblərə uyğundur, 3-16- 16/2- 6/3230/2025 nömrəli ekspert rəyinə əsasən dərman preparatlarının tərkibində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələr, psixotrop və güclü təsir edən, habelə zəhərli maddələr, prekursorlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ticarət va Sənaye Palatası "Azərekspertiza" Birliyinin xx.xx.2025-ci il tarixli 297 nömrəli rəyinə əsasən, 22 sentyabr 2025-ci il tarixdə Şəxs protokol əsasında götürülmüş malların həmin tarixə olan dəyəri 2716,7 manat müəyyən edilmişdir. İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in müddəalarına görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə müəyyən edilir (İXMnin 26-cı maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməməsini, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq Şəxs barəsində İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilməsi növündə tənbeh edilməsini, inzibati xətanın bilavasitə obyekti olan Azərbaycan Respublikası aksiz markası olmayan 2 (iki) blok "Marlboro Cherry compact" markalı, 2 (iki) blok "Marlboro Chocolate compact" markalı, 2 (iki) blok "Marlboro double mix" markalı, 1 (bir) blok "Sobranie london since 1879" markalı, 1 (bir) blok "Marlboro gold" markalı siqaretlər, 8 (səkkiz) qutu "De nol 120mq" markalı, 2 (iki) qutu "Ursofalk 250mg kapsul" markalı, 1 qutu "Sitoflavin 100 tablet" markalı, 1 (bir) qutu "Sitoflavin 10 ampul" markalı, 1 (bir) qutu "Pikamilon" markalı, 1 (bir) qutu "Dyucpatalin" markalı, 1 (bir) qutu "Mikrazim" markalı dərman preparati, 1 (bir) adǝd "İphone 13 blue 128GB" İmei (**********24963/ **********75823) markalı mobil telefon, 2 (iki) kq qırmızı kürünün dövlət nəfinə müsadirə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan mallar: Azərbaycan Respublikası aksiz markası olmayan 2 (iki) blok "Marlboro Cherry compact" markalı, 2 (iki) blok "Marlboro Chocolate compact" markalı, 2 (iki) blok "Marlboro double mix" markalı, 1 (bir) blok "Sobranie london since 1879" markalı, 1 (bir) blok "Marlboro gold" markalı siqaretlər, 8 (səkkiz) qutu "De nol 120mq" markalı, 2 (iki) qutu "Ursofalk 250mg kapsul" markalı, 1 qutu "Sitoflavin 100 tablet" markalı, 1 (bir) qutu "Sitoflavin 10 ampul" markalı, 1 (bir) qutu "Pikamilon" markalı, 1 (bir) qutu "Dyucpatalin" markalı, 1 (bir) qutu "Mikrazim" markalı dərman preparati, 1 (bir) adǝd "İphone 13 blue 128GB" İmei (**********24963/ **********75823) markalı mobil telefon, 2 (iki) kq qırmızı kürü dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(5-95)-41/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-41/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver