Məhkəmə qərarları › İş №3(5-95)-413/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-413/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-413/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər cinayət və inzibati məsuliyyətinə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru X4 tərəfindən Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN 2252656, MN 2252657, MN ******* nömrəli protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X1 məxsus bank kartı hesabından 100 manat pul vəsaitini, xx.xx.2026-cı il tarixdə Bakı şəhər, Xəzər Rayonu, Binə qəsəbəsində yaşayan X3 məxsus evin həyətindən 400 manat dəyərində bir ədəd su qızdırıcısı və bir ədəd su matorunu, eləcə də xx.xx.2026-cı il tarixdə X5 40 manat pul vəsaitini oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə sahə inspektoru polis mayoru X4 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə X1 məxsus bank kartı hesabından 100 manat pul vəsaitini çıxarıb, xx.xx.2026-cı il tarixdə X3 məxsus evin həyətindən 400 manat dəyərində bir ədəd su qızdırıcısı və bir ədəd su matorunu oğurlamış və xx.xx.2026-cı il tarixdə taksi fəaliyyəti ilə məşğul olan X5 40 manat pulunu oğurlamış və 13 manat gediş haqqını verməmiş, ümumilikdə 53 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Şəxs əvvəllər bir neçə dəfə inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında protokollarda qeyd edilənləri təsdiq edərək, törətdiyi əməllərini etiraf etmiş və peşman olduğunu bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il, xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixli qərarlardan görünür ki, sözügedən faktlar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs əvvəllər bir neçə dəfə İXM-nin 227 və 403-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, həmçinin iki dəfə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər (maddə 36.1). İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir (maddə 115.2). Məhkəmə, iş üzrə tədqiq olunmuş halları araşdırıb Şəxs əvvəllər dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini səciyələndirən digər halları nəzərə alaraq hesab edir ki, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq olunmalı, Şəxs tutularaq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti X3, 100 manat məbləğində pul vəsaiti X1 və 53 (əlli üç) manat məbləğində pul vəsaiti X6 ödənilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 25, 34-1, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin başlanğıcı xx.xx.2026-cı il tarix, saat 16:50-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs tutularaq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti X3, 100 (yüz) manat məbləğində pul vəsaiti X1 və 53 (əlli üç) manat məbləğində pul vəsaiti X6 ödənilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar