Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-425/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan Bakı şəhəri Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsindən daxil olmuş inzibati xətalara dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İşin halları: Bakı şəhəri Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsindən daxil olmuş, xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xırda talama, yəni dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqda təqsirli bilinir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş və tədqiq olunmuş: xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli AZA №028550 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə xx.xx.2026-cı il tarixdə saat 22:00-da tutulmuşdur. xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, həmçinin zərər çəkmiş şəxsin yaşadığı yerin ünvanı, inzibati xətanın törədildiyi yer barədə məlumatlar göstərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixli izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə ad, soyadı və ata adını bilmədiyi sosial şəbəkədə tanış olduğu şəxsi hansısa işə düzəltmək adı ilə aldadaraq onun 400 (dörd yüz) manat məbləğində pulunu kartına köçürtməyə nail olmuşdur. xx.xx.2026-cı il tarixli MN №0368076 nömrəli “inzibati xəta haqqında işim aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üzrə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin... əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 100.5.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki ... şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi ..., yaşadığı və olduğu yerin ünvanı...) inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.4-cü maddəsinə əsasən, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.6-cı maddasinə əsasən … zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı… inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin … izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. 106.0-cı maddəsinə əsasən hakim … inzibati xətalar haqqında işlərə baxarkən (106.0.3.) inzibati xəta haqqında protokol və işin digər materialları həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini, (106.0.5.) mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll edir. 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı (109.1.6.) protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İXM-in tələblərinə ciddi riayət etməlidir. Həmçinin Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.5-ci maddəsinin tələbləri pozulmaqla - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, yaşadığı və olduğu yerin ünvanı, inzibati xətanın törədildiyi yer, zərərçəkmiş fiziki şəxsin soyadı, adı, atasının adı və onun yaşadığı və olduğu yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda göstərilməyərək tərtib olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş ümumilikdə 12 vərəqdən ibarət olan sənədlərin heç birində inzibati xətanın törədilmə yeri haqqında hər hansı məlumat öz əksini tapmamışdır ki, bu da işə baxılma yerinin Bakı şəhər Xəzər Rayon Məhkəməsi olubolmaması sual doğurur. Habelə iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini özünün natamam izahatından başqa təsdiq edən heç bir sübut növü əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol sübut kimi qəbul edilsə də, tərtib edilmiş məlum protokol qanunvericiliyin tələbləri əsasında tərtib edilmədiyindən iş üzrə sübut kimi qəbul edilməsi də mümkün deyil. Başqa aspektən yanaşdıqda isə protokol qanunvericiliyin tələblərinə əsasən tərtib edilib yenidən təqdim edilsə belə digər zəruri sübutlar da təqdim edilməlidir ki, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmaqla müvafiq qənaətə gəlinə bilinsin. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığına, habelə şəxsin təqsirliliyini sübuta yetirən digər sübutlar iş materiallarına əlavə edilməməklə təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon polis idarəsi 3-cü polis şöbəsin geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Məhərrəmov
Məhkəmə qərarları › İş №3(5-95)-425/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-425/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver