Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-430/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi., ev.516 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-93/2022 saylı icra vərəqəsinə əsasən Şəxs tərəfindən X1 xeyrinə 13000 manat, X6 xeyrinə 7600 manat ödənilməlidir. İcra vərəqəsi icraya yönəldilmişdir. Lakin, borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmiş və nəticədə onun 13000 manat və 7600 manat borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 izahatında göstərmişdir ki, borclu Əliyev X8 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etməkdən təqsirli şəkildə yayındığı üçün daha öncə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinmişdir və onun barəsində inzibati qaydada inzibati həbs tətbiq edilmişdir. Borclu həbsdən çıxdıqdan sonra ona rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. İcra vərəqəsi üzrə iki tələbkar var. Borclu tərəfindən X1 xeyrinə 13000 manat, X6 xeyrinə 7600 manat ödənilməlidir. inzibati xəta haqqında protokol X1 şikayəti ilə tərtib olunmuşdur, çünki digər tələbkar olan X11 ilə borclu hissəvi ödənişə (hər ay 500 manat olmaq şərtilə) razılaşmışlar və borclu həmin tələbkara artıq 1500 manat ödəniş etmişdir, buna görə də X11 borcludan şikayət etməmişdir. Borclu həbsdən çıxdıqdan sonra 1500 manat ödəniş etrmişdir, tələbkar X5 borcun tam təmin olunmasını istəyir. Lakin borclu borcunu tam ödəmir, ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən icra etməyərək eyni xətanı təkrar törətmişdir. Ona görə də barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki,o həbs olunarsa, borcunun silənəciyini düşünmüşdür. Həbsdən çıxandan sonra X7 1000 manat, daha sonra isə hər ay 500 manat ödəməklə, ümumilikdə 2500 manat ödəniş etmişdir. X2 olan borcuna münasibətdə isə depozit hesab yaradılmışdır və ora da 1500 manat ödəniş etmişdir. Hal-hazırda işsizdir. Borcu tam ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclasında izahat verən tələbkar X5 izahatında göstərmişdir ki, borclu dələduzluqla məşğuldur, insanlardan onları işə düzəltmək vədi ilə aldadıb, pullarını mənimsəmişdir. Ona isə özünü evli olduğu halda subay kimi təqdim edib, ailə qurmaq adı ilə aldadıb, pullarını mənimsəmişdir. İcra sənədi üzrə onun xeyrinə tutulan məbləğin tam şəkildə borclu tərəfindən ödənilməsini istəyir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta törətmiş şəxsin özünün etirafı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2492/2025 qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2492/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddə iə inzibati məsuliyyətə cəlb edilərək 8 gün müddətində inzibati həbs olunduqdan sonra, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alır və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. Şəxs məhkəmə iclas zalndan dərhal həbsə alınsın və həbs etmənin əvvəli 20 fevral 2026-cı il tarixdən, saat 19:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X10 X3 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(5-95)-430/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-430/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver