Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-437/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol tərtib edilərək, qeyd edilən protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:50də Bakı şəhəri, Xəzər rayonu, Qala yolunda “İSUZU NPR66L” yük markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili yüklü (tikinti materialları) idarə edərkən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirilmiş, buna görə onun əməlində İXM-nin 342.9-cu maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Məhkəmə Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş materialı nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-nin müddəalarına görə nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir (İXM-nin 342.9-cu maddəsi). İnzibati xəta haqqında protokoldan göründüyü kimi, Şəxs idarə etdiyi avtomobildə tikinti materiallarında ibarət olan yük daşımış və həmin yük avtomobilinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmişdir. Lakin avtomobildə daşınan yükün nədən ibarət olması, həmin yükün ölçüsü, həcmi və dəyəri, yükün kimə məxsus olması, harada saxlanması barədə məlumatlar iş materallarına əlavə edilməmiş, yalnız “qayda pozuntusunun yerində aradan qaldırılmışdır” kimi qeyd aparılmışdır. Halbuki, İXM-nin 342.9-cu maddənin sanksiyasında inzibati xətanın törədilməsində alətin və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir (İXM-nin 109.1.6-cı maddəsi). Həmin Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Qeyd olunanlara əsasən hesab edirəm ki, məhkəməyə təqdim edilmiş Şəxs İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol və toplanmış material natamam olduğundan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4
Məhkəmə qərarları › İş №3(5-95)-437/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-437/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver