Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-438/2026 19.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin barəsində xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində dəqiqləşdirmə apararaq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, təsadüf nəticəsində e-Polis portalına daxil olduqda inzibati xətanın törəndiyi ünvan “Bakı, Rasim İmanov (Buzovna), За” kimi göstərilən barəsində inzibati xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol əsasında xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərar qəbul edildiyini aşkar etmişdir. Həmin qəradan məhkəməyə şikayət ərizəsi verdikdən sonra Xəzər Rayon Məhkəməsi (X7) İş № 3(003)-2706/2025 xx.xx.2026-cı il tarixli qərarı ilə şikayətim qismən təmin edilərək barəsində TP7657142 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün AR DİN-nin Bakı şəhər DYP İdarəsinə göndərilməsi təmin edilmişdir. Məhkəmənin qərarda qeyd etdiyi nöqsanlara cavabdeh tərəfindən məhəl qoyulmayaraq eyni hüquq normalarının pozulması ilə müşahidə olunan xx.xx.2026-cı il tarixli TP7849372 nömrəli qərar qəbul edilmişdir. Qərar həmişəki kimi İXM-nin 57-ci maddəsinin tələbinə zidd olaraq ona rəsmi qaydada göndərilməsi təmin edilməmişdir. xx.xx.2026-cı il tarixli TP7849372 nömrəli qərar barədə məlumatı e-Polis portalı üzərindən əldə etmişdir. Elə ona görə 2-ci dəfə məhkəməyə müraciət etmək qərarına gəlmişdir Bildirir ki, barəsində tərtib olunan protokolda qeyd olunan Volksvagen İD.6 markalı **-RM-*** Dövlət nömrə nişanlı avtomaşın ilə xx.xx.2025-ci il tarixində protokolda inzibati xəta törətməyinə iddia olunan ünvan kimi göstərilən “Bakı, Rasim İmanov (Buzovna), За” ünvanında xx.xx.2025-ci il tarixində olmamış və heç bir inzibati xəta tərətməmişdir. Bildirir ki, barəsində tərtib olunmuş protokolda qeyd olunan ünvanda heç vaxt (ömür boyu) olmamışdır. Hesab edir ki, barəmdə tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol və həmin protokol əsasında qəbul olunmuş xx.xx.2026-cı il tarixli TP7849372 nömrəli qərar qanunvericiliyin normalarının pozulması ilə əsassız olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə onun xəbəri və iştirakı olmadan qəbul olunmuşdur. xx.xx.2026-cı il tarixli TP7849372 nömrəli qərar Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən o, məhkəməyə müraciət etdikdən sonra ləğv edilmiş, sonradan yenidən xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixli TP7849372 nömrəli qərar Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən o, məhkəməyə müraciət etdikdən sonra ləğv edilmiş, sonradan yenidən xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şikayət təmin edilərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 11:47-də “VOLSWAGEN İD 6 CROZZ” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X3 xx.xx.2025-ci il tarixdə saat 11:47-də “VOLSWAGEN İD 6 CROZZ” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 şikayətində “VOLSWAGEN İD 6 CROZZ” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə saat 11:47-də idarə etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutların (foto və videogörüntünün) məhkəməyə təqdim edilməsi barədə dəfələrlə sorğu verilsə də Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45- 2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 təqsirliliyi sübuta yetirilmədiyindən, şikayət təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(5-95)-438/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-438/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver