Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-448/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialları nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş, xx.xx.2026-cı il tarixli, MN2324500 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsində təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş və tədqiq olunmuş: xx.xx.2026-cı il tarixli, MN2324500 nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hansı hüquqi şəxsdə hansı vəzifədə olan vəzifəli şəxs olduğu, xətanın törədildiyi yer və digər zəruri məlumatlar göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13700/2018 nömrəli icra vərəqəsindən görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(048)-319/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, cavabdeh X3 31 avqust 2018-ci il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulmuşdur. X2 tərəfindən Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə ünvanlanmış ərizənin sürətindən görünür ki, icra sənədlərinin icra edilməməsi səbəbi ilə icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin ... əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 100.5.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki ... şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi ..., yaşadığı və olduğu yerin ünvanı...) inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.6-cı maddasinə əsasən … zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı… inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin … izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. 100.5.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. 106.0-cı maddəsinə əsasən hakim … inzibati xətalar haqqında işlərə baxarkən (106.0.3.) inzibati xəta haqqında protokol və işin digər materialları həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini, (106.0.5.) mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll edir. 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı (109.1.6.) protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İXM-in tələblərinə ciddi riayət etməlidir. Həmçinin Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, protokol Azərbaycan Respublikası İXM-in 100.5-ci maddəsinin tələbləri pozulmaqla – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı və olduğu yerin ünvanı, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda göstərilməyərək tərtib olunmuşdur. Həmçinin icra məmuru tərəfindən tərtib edilmiş protokolun zəruri bölmələrinə sonuncu tərəfindən qeydlər edilsə də, həmin qeydlərin protokolun müvafiq bölmələrinə aidiyyatı olmayan qeydlər olduğu müəyyən edilmişdir. Habelə Şəxs vəzifəli şəxs qismində qeyd edilsə də vəzifəsinin nədən ibarət olması, həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinin nədə ifadə olunması tam olaraq əks etdirilməmiş, müvafiq sübutlar (mümkün halda akt və s.) məhkəməyə təqdim edilməmişdir. O cümlədən protokolda borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması qeyd edilsə də, qərəzin nədən ibarət olması, yayınmanın səbəbləri icra məmuru tərəfindən araşdırılmamış, formal protokol tərtib edilməklə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxsin izahatı alınmamış, alınmışsa da iş materiallarına əlavə edilməmiş, həmin şəxsin təqsirli bilindiyi inzibati xətaya mövqeyini müəyyən etmək mümkün olmamış, inzibati xəta haqqında protokolun izahatla bağlı bölməsinə isə icra məmuru aidiyyatı olmayan qeydlər etmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş ümumilikdə 29 vərəqdən ibarət olan sənədlərin heç birində inzibati xətanın törədilmə yeri haqqında hər hansı məlumat öz əksini tapmamışdır ki, bu da işə baxılma yerinin Bakı şəhər Xəzər Rayon Məhkəməsi olubolmaması sual doğurur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol sübut kimi qəbul edilsə də, tərtib edilmiş məlum protokol qanunvericiliyin tələbləri əsasında tərtib edilmədiyindən iş üzrə sübut kimi qəbul edilməsi də mümkün deyil. Başqa aspektən yanaşdıqda isə protokol qanunvericiliyin tələblərinə əsasən tərtib edilib yenidən təqdim edilsə belə digər zəruri sübutlar da təqdim edilməlidir ki, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmaqla müvafiq qənaətə gəlinə bilinsin. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığına, habelə şəxsin təqsirliliyini sübuta yetirən digər sübutlar iş materiallarına əlavə edilmədiyinə görə təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə geri qaytarılsın.
2. Qərardaddan şikayət verilə bilməz.
Hakim Vüqar Məhərrəmov