Məhkəmə qərarları › İş №3(5-95)-479/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-479/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-479/2026 13.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən Şəxs İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Şəxs tərəfindən özünə məxsus ** XJ *** qeydiyyat nişanlı “ZİL MMZ 4505” markalı nəqliyyat vasitəsi ilə içməli, məişət və tullantı sularını kənara təyinatsız axıdılması aşkar olunmuş, bununla bağlı foto və videogörüntülər çəkilmiş, xx.xx.2026-cı il tarixdə monitorinq aktı və MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materillarında olan Şəxs etirafedici izahatından görünür ki, özünə məxsus ** XJ *** qeydiyyat nişanlı “ZİL MMZ 4505” markalı nəqliyyat vasitəsi ilə tullantı suları Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində kənara təyinatsız axıtmış və qeyd olunan qanun pozuntusunu bir daha törətməyəcəyini qeyd etmişdir. xx.xx.2026-cı il tarixli monitorinq aktından və MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Şəxs tərəfindən özünə məxsus ** XJ *** qeydiyyat nişanlı “ZİL MMZ 4505” markalı nəqliyyat vasitəsi ilə tullantı sularını kənara təyinatsız axıdılması aşkar olunmuş, bu səbəbdən Şəxs İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə materiala əlavə edilmiş video və fotoşəkillərdən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Şəxs məxsus ** XJ *** qeydiyyat nişanlı “ZİL MMZ 4505” markalı nəqliyyat vasitəsindən torpaq sahəsinə çirkab su və tullantılar axıdılmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş üzrə materialları, işə əlavə edilmiş video və fotoşəkilləri araşdırdıqdan sonra hesab edir ki, Şəxs İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, İXM-nin 263.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-nin müddəalarına əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İXMnin 12.1-ci maddəsi). Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.3-cü maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır (İXM-nin 76.1-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs tərəfindən törədilməsi iş üzrə materiallardan, özünün etirafedici izahatından, video və fotoşəkillərdən tam sübuta yetirildiyindən inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sankasiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar