Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-486/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilməsi haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-2468/2025 saylı, 18 noyabr 2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. X8 həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək, S.Həsənovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi barədə Xəzər rayon məhkəməsinin 3(003)- 2468/2025 saylı, 18 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və S.Həsənov barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 şikayəti qismən təmin edilmiş, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)- 2468/2025 saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair material birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin hazırlanması mərhələsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakiminin (hakim T.Məmmədov) 3(003)- 2468/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolkol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin 11 fevral 2026-cı il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə (eyni zamanda 5 bal) edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsnə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin 11 fevral 2026-cı il tarixli qərarı əsassızdır. Odur ki, həmin qərar ləğv edilərək, X10 barəsində inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin 11 fevral 2026-cı il tarixli qərarında S.Həsənov barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsası kimi ona istinad olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunma nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi barədə ******* nömrəli protokola istinad olunmuşdur. S.Həsənov barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsası kimi ona istinad olunan və qərarda göstərilən halların faktiki və hüquqi əsası yoxdur. Belə ki, qərarda (TP 7831071) istinad olunan ******* nömrəli protokoldan görünür ki, guya həmin protokol xx.xx.2025-ci il tarixdə saat 07:03-də tərtib edilmişdir. Həmin protokol isə xx.xx.2025-ci il tarixdə 07:01 saat kimi qeyd edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol əsasında tərtib edilmişdir. Həmin protokolda müayinə olunan şəxs kimi X11 öz qeydini apararaq göstərmişdir ki, “söz verir ki, sərxoş vəziyyətdə maşın sürməyəcək. Həkimə getməyə ehtiyac yoxdur". Qeydləri aparmış şəxs, qeyd aparmasına dair imza etmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda olan “söz verirəm ki, sərxoş vəziyyətdə maşın sürməyəcəm. Həkimə getməyə ehtiyac yoxdur” qeydləri olan xətt və imza S.Həsənov tərəfindən icra edilməmiş və S.Həsənova məxsus deyildir. Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin 11 fevral 2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının qəbul edilməsi əsası kimi istinad olunan ******* nömrəli protokol xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol əsasında tərtib edilmişdir. Həmin rotokolda spirtli içki qəbul etdiyini etiraf edən şəxs kimi istinad olunan şəxs isə barəsində inzibati icraat aparılan S.Həsənov deyil, X7r. Lakin, inzibati tənbeh tədbirini tətbiq edən orqan tərəfindən spirtli içki qəbul etdiyini etiraf edən X11 ilə barəsində inzibati icraat aparılan X4 fərqləndirəayırd edə bilməmiş, nəticədə qanunsuz və əsassız olaraq X2 içki qəbul etməsinə dair inzibati icraat aparılan X3 etirafı kimi qəbul edərək qiymətləndirmişdir. Göründüyü kimi, S.Həsənov barəsində inzibati tənbeh tədbirinin əsası kimi istinad olunan və inzibati xətanın törədilməsi əsası kimi yeganə sübut olan sərxoşluq vəziyyətini müəyyən etmək protokol X6 aid deyildir. Əslində isə S.Həsənov xx.xx.2025-ci il tarixdə sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda göstərilən 07:01-də faktiki yaşadığı ünvan 1 ünvanında olmuş, xx.xx.2025-ci il tarixdə saat 09:00-dan sonra yaşadığı həmin evdən çıxmışdır. “Respublika Narkoloji Mərkəzi” X17 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə həmin mərkəzdə müayinə olunmuş və müayinənin nəticəsinə əsasən “Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur” rəyi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuiyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, “Respublika Narkoloji Mərkəzi” X17 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu"ndan göründüyü kimi, X8 həmin mərkəzdə müayinə olunduğundan və müayinənin nəticəsinə əsasən ’’Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur" rəyi verildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta hadisəsi olmadığından Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin 11 fevral 2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilərək, S.Həsənov barəsində olan inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək şikayətin məzmununa oxşar izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şikayət təmin edilərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saat 07:03-də Bakı şəhəri Xəzər rayonu Zağulba yolunda Mercedes Benz C200 minik markalı77HN123 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-2468/2025 saylı qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəqliyyat vasiəsini idarə etmə hququq 6 ay müddətinə məhdudlaşdırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 şikayəti qismən təmin edilmiş, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-2468/2025 saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair material birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin hazırlanması mərhələsinə qaytarılmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-2468/2025 saylı qərardadından görünür ki, X8 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinə geri qaytarılmışdır. - xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2025-ci il tarixli protokolda imzanın X11 tərəfindən icra edildiyi, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolda isə inzibati xətanın X8 tərəfindən törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında müəyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolla sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə protokol arasında ziddiyyətlər mövcuddur. Belə ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2025-ci il tarixli protokolda imzanın X11 tərəfindən icra edildiyi, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolda isə inzibati xətanın X8 tərəfindən törədildiyi qeyd edilmişdir. Qeyd olunan sənədləri qarşılıqlı şəkildə təhlil etməklə müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolla sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2025-ci il tarixli protokol arasında ziddiyyətlər mövcuddur. İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” X17 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə həmin mərkəzdə müayinə olunmuş və müayinənin nəticəsinə əsasən “Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur” rəyi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmiş, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2025-ci il tarixli protokolda imzanın X11 tərəfindən icra edildiyi, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolda isə inzibati xətanın X8 tərəfindən törədildiyi qeyd edilmiş, protokolun X11 tərəfindən imzalandığı qeyd edilmişdir. “Respublika Narkolpji Mərkəzi” X17 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə həmin mərkəzdə müayinə olunmuş və müayinənin nəticəsinə əsasən “Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur” rəyi verilmişdir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsi üçün əsas olmuş sübutların məhkəməyə təqdim edilməsi barədə məhkəmə tərəfindən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu verilmiş, lakin verilmiş sorğu üzrə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən məhkəməyə xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar təqdim edilməmiş, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Zağulba yolunda Mercedes Benz C200 minik markalı77HN123 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair mötəbər sübutlar mövcud deyildir, əksinə onun həmin tarixdə yəni xx.xx.2025-ci il tarixdə saat 09:57-də sərxoş olmamasına dair tibbi rəy mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(5-95)-486/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-486/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver