Məhkəmə qərarları › İş №3(5-95)-51/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-51/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-51/2026 26.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan Karakuş Cuma tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Karakuş Cuma Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Müraciət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 16:55-də Heydər Əliyev adına hava limanından Azərbaycan Respublikası Bakı şəhərinə giriş etmişdir. Həmin vaxtdan da 15 gün xx.xx.2025-ci il tarixdə bitir. Hətta daha dəqiq desək saat 16:55-də onun 15 günlük vaxtı bitir. Amma əməkdaşların hesablamasına görə onlar dekabrın 15-də götürür. Əslində xx.xx.2025-ci il tarixdə saat 16:55-də ölkəyə daxil olan şəxsin bir günü artıq həmin vaxtdan bitmiş sayılır. Habelə bir günün tamamı o halda yaranır ki, ondan sonrakı gün olsun. O isə xx.xx.2025-ci il tarixdə saat 16:55-də ölkəyə giriş etmişdir. Bu zaman onun 1 günü, xx.xx.2025-ci il tarixdə bitmiş olur. Yəni 1 günü xx.xx.2025-ci il tarixdə tamamlanır. Bu minvvalla götürsək onun 15 günü xx.xx.2025-ci il tarixdə bitir. Yəni dekabr ayının 30-dan sonra ölkədən çıxsaydı və 15 gündən artıq ölkədə qalmağı ilə bağlı ona cərimə tətbiq olunması qanuni olardı. Göründüyü kimi ona tam olaraq qanunsuz və əsassız cərimə tətbiq edilib. Bundan başqa ölkəyə giriş zamanı ona Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən heç bir sənəd verilməmiş, habelə hüquq və vəzifələri izah edilməmişdir. Yuxarıda qeyd etdiyi əsaslı halları nəzərə alıb ölkəyə girişinın xx.xx.2025-ci il tarixdə saat 16:55-də və ölkədən çıxışının isə xx.xx.2025-ci il saat 08:00-da olduğundan barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız və qanunsuz olduğundan həmin qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 53.1.1 və ya 53.1.2-ci, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1 ilə 21.2-ci maddələrin tələblərinə uyğun olaraq ləğv edilməsini xahiş edir. Karakuş Cuma məhkəmə iclasında iştirak etməmiş, şikayətinə işə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayədəsi Nümayəndə bildirdi ki, Türkiyə Respublikası vətəndaşı Cuma Karakuş şikayət ərizəsində xx.xx.2025-ci il tarixdə saat 16:55-də ölkə ərazisinə daxil olduğunu iddia etsə də, sərhədkeçmə məlumatlarında görünür ki, şəxs xx.xx.2025-ci il tarixdə saat 16:39:55-də Türkiyə Respublikasına məxsus A50P01547 nömrəli şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Respublikası ərazisinə giriş etmişdir (sərhədkeçmə məlumatları əlavə olunur). Maraqlı məqam ondan ibarətdir ki, əcnəbi ölkə ərazisinə Türkiyə Respublikasına məxsus A50P01547 nömrəli şəxsiyyət vəsiqəsi ilə daxil olsa da, ölkə ərazisini xx.xx.2025-ci il tarixdə saat 08:07:40-da Türkiyə Respublikasına məxsus U25442845 nömrəli ümumvətəndaş pasportu ilə tərk etmişdir. Bu da öz növbəsində şəxsin məsuliyyətdən yayınmaq üçün attığl addım olduğu ehtimalını istisna etmir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Türkiyə Respublikası vətəndaşı Cuma Karakuş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinin müddəalarını pozmuşdur. Belə ki, sözügedən Məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Cuma Karakuş isə ölkə ərazisində 15 gündən artıq olmasına baxmayaraq olduğu yer üzrə qeydiyyata alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, Türkiyə Respublikası vətəndaşı Cuma Karakuşun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar əsasında Karakuş Cuma İXM-nin 575.1.1-ci maddəsinə əsasən 350 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan portaldan edilmiş sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Karakuş Cuma xx.xx.2025-ci il tarixdə saat 16:39:55-də Türkiyə Respublikasına məxsus A50P01547 nömrəli şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Respublikası ərazisinə giriş etmiş, ölkə ərazisini isə xx.xx.2025-ci il tarixdə saat 08:07:40-da Türkiyə Respublikasına məxsus U25442845 nömrəli ümumvətəndaş pasportu ilə tərk etmişdir. İXM-nin 575.1.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozması, yəni Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şikayətin əsasını inzibati xətanın törədilməsi istinad edilən onun inzibati xəta hadisəsi törətməməsi, qeydiyyata düşməsə də, ölkəyə girişinin xx.xx.2025-ci il tarixdə saat 16:55də və ölkədən çıxışının isə xx.xx.2025-ci il saat 08:00-da olduğu üçün 15 gündən artıq Azərbaycan Respublikasının ərazisində qalmaması təşkil edir. Yəni müraciət müəllifi Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız olmasını etiraf etsə də, onun mübahisələndiridiyi hal ölkə ərazisində 15-dən artıq qalmamasıdır. İşin araşdırılmış hallarından isə görünür ki, Karakuş Cuma xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə saat 16:39:55-də Azərbaycan Respublikası ərazisinə giriş etmiş, ölkə ərazisini xx.xx.2025-ci il tarixdə saat 08:07:40-da tərk etmiş, yəni Azərbaycan Respublikasının ərazisində 15 gündən artıq olmuşdur. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı qanuni və əsaslıdır, inzibati orqan işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Karakuş Cuma İXM-nin 575.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməli, Dövlət Miqrasiya Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Karakuş Cumanın verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar