Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-517/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2026-ci il tarixli MN 17887827 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2026-ci il tarixli MN 17887827 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(5-104)-2246/2026 nömrəli qərardadına əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. X2 vəsatətlə məhkəməyə müraciət edərək onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2026-ci il tarixli MN 17887827 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, X1 X4 Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2026-ci il tarixli MN 17887827 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2026-ci il tarixli MN 17887827 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(5-95)-517/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-517/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver