Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-522/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs (MMC) barəsində İXM-nin 485.2-ci maddəsi ilə 04 fevral 2026-cı il tarixli 00100-00557/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şəxs MMC və Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfndən tərtib edilən 04 fevral 2026-cı il tarixli 00100-00557/26 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 91AA773/11AB374 nömrəli nəqliyyat vasitələri ilə gələn yüklər Bakı Baş Gömrük İdarəsində **********1541 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, 91AA773/11AB374 nömrəli nəqliyyat vasitələri ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2026-cı il tarixdə saat 21:29 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin **********7779 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair gısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İXM-nin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Tədqiq edilmiş sənədlərlə Şəxs ünvanına göndərilmiş 91AA773/11AB374 nömrəli nəqliyyat vasitələri ilə gələn mallar Bakı Baş Gömrük İdarəsində xx.xx.2026-cı il tarixli **********7779 saylı gömrük bəyannaməsi ilə bəyan edilməsi, lakin qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(5-95)-522/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-522/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver