Məhkəmə qərarları › İş №3(5-95)-552/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-552/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-552/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X18 Məhəmməd oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X13 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı, xx.xx.2026-cı il tarixli, MN ******* saylı, xx.xx.2026-cı il tarixli MN ******* saylı, xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X13 bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X15 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində naməlum şəxs “Mehriban qonşular” küçəsində yerləşən “Oba” marketdən 3 ədəd “ankor” yağı və bir ədəd “vestgold” yağı oğurlamışdır. Nəticədə 98 manat maddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq aidiyyəti üzrə qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa xx.xx.2026-cı il tarixdə vətəndaş X10 DİN-nin 102 Z/M-nə zəng edərək, xx.xx.2026-ci il tarixdə aldığı 60 manat dəyərində olan ətin “Laçın store” mağazasının saxlanc yerindən naməlum şəxs tərəfindən oğurlandığını bildirmışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa xx.xx.2026-cı il tarixdə vətəndaş X16 DİN-nin 102 Z/M-nə zəng edərək, xx.xx.2026-cı il tarixdə saat 22 radələrində müdiri olduğu “Oba” marketə müştəri kimi gələn şəxsin mağazadan ümumi dəyəri 78 manat olmaqla 4 ədəd “ankor” kərə yağının oğurladığını bildirmişdir. X2 78 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa 29 yanvar 2026-cı il tarixdə icraatına X1nun müraciəti əsasında toplanmış material daxil olmuşdur. X1 ərizə yazaraq bildirmişdir ki, 29 yanvar 2026-cı il tarixdə saat 11:11 radələrində ***-***-**-** nömrəsindən tanımadığı şəxs ona zəng edərək tort sifariş etdiyini bildirmişdir. Həmin şəxs tortun çatdırılmasını, eyni zamanda guya “Aviata Klinikası”na məxsus internet xərcinin ödənilməsini xahiş etmişdir. O, deyilənlərə inanaraq naməlum şəxsə məxsus “misli.az” hesabına 200 manat məbləğində pul vəsaiti köçürmüşdür. Daha sonra “Aviata Klinikası”na gedərkən klinika əməkdaşları tərəfindən heç bir tort sifarişi verilmədiyi ona bildirilmişdir. Bu zaman məlum olmuşdur ki, naməlum şəxs onu aldadaraq ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, törətdiyi əməllərdən peşmandır. Əldə etdiyi pullara içki almış və istifadə etmişdir. Ziyan məbləğlərini qaytarmağa imkanı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Müvafiq müddəanın qeydinə əsasən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talamışdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs, xx.xx.2025-ci il tarixdə “Mehriban qonşular” küçəsində yerləşən “Oba” marketdən 3 ədəd “ankor” yağı oğurlamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Laçın store” mağazasının saxlanc yerində 60 manat dəyərində ət oğurlamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində yerləşən “Oba” marketdən ümumilikdə 78 manat dəyərində 4 ədəd kərə yağı oğurlamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2026-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni sahə ünvanında X4 aldadaaraq 200 manat pulunu ələ keçirmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2026-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs müxtəlif vaxtlarda bir neçə şəxsə qarşı oğurluq və dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-ci maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar