Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-558/2026 06.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP7813585 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnfosmasiya Sistemindən Şəxs şəxsiyyət vəsiqəsi üzrə məlumatlarından görünür ki, onun qeydiyyat ünvanı ünvan 1ydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı (109.1.7.) əgər bu məsələnin baxılması hakimin ... səlahiyyətinə aid deyildirsə ... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir: Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. (110.3.) Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7813585 nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birgə baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materialları baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilsin.
2. Qərardaddan şikayət verilə bilməz.
Hakim Vüqar Məhərrəmov