Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-563/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında Bakı şəhər DYPŞi tərəfindən İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol tərtib edilərək, qeyd edilən protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edərək idarə etdiyi avtomobili nasaz olduğundan məcburən qadağan edilmiş yerdə saxladığını və cərimə olunmaması üçün örtüklə dövlət qeydiyyat nişanını bağlamışdır. Bakı şəhər DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:37-də Binə qəsəbəsində “Hyundai Accent” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirməklə örtükdən istifadə etmiş və onun əməlində İXM-nin 342.9-cu maddələrinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Protokola əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş CD diskdə olan foto və videogörüntülərdən görünür ki, “Hyundai Accent” minik markalı avtomobilin sürücüsü dayanması qadağan olan yerdə avtomobili saxlayaraq saxlanc yerini açıb örtüyü avtomobilin dövlət qeydiyyat nişanının üzərinə qoyub bir müddət avtomobili qadağan olan yerdə saxlamışdır. Məhkəmə hesab edir ki, əsaslılığı heç bir şübhə doğurmayan foto və videogörüntülər tərtib edilmiş protokolla inzibati xətanın mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş materiallarından müəyyən olunur ki, Şəxs Binə qəsəbəsində istifadəsində olan “Hyundai Accent” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət nömrə nişanının görünüşünü çətinləşdirmək məqsədilə örtüklə bağlamışdır. İXM-nin müddəalarına əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir (İXM-nin 342.9-cu maddəsi). İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər (İXM-nin 23.2-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir (İXM-nin 26.1-ci maddəsi). İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir (İXMnin 26.2-ci maddəsi). İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir (İXM-nin 151.1-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan predmet müsadirə edilməklə barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan örtük müsadirə edilməklə barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(5-95)-563/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-563/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver