Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-575/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin məmuru X3, Borclu Şəxs Bəxtiyar oğlunun iştirakı ilə, Şəxs Bəxtiyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdİ: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Bəxtiyar oğlunun İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)- 13/2022 saylı icra vərəqəsinə əsasən Şəxs Bəxtiyar oğlu və X2 müştərək qaydada ziyan olaraq 17.320 manat məbləğində və dövlət rüsumu olaraq 133 manat, cəmi 17.453 manat məbləğində vəsait tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Qeyd edilən iş üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında tələbkar X6 10.000 manat mələğində vəsaitin ödənilməsi nəzərə alınmışdır. İcra vərəqəsi üzə bu günə olan qalıq borc 5720 manat təşkil edir. Borcun müştərək qaydada ödənilməsi qərara alınsa da, borclu İlham X1 qarşı tələbinin olmadığını vurğulayıb, ona qarşı şikayət və tələbinin olmamasını bildirərək qalıq borcun tam şəkildə və yalnız Şəxs Bəxtiyar oğlu tərəfindən ödənilməsini tələb edir. Firuddin Ağayev 2025-ci ilin oktyabr ayından hazıradək 300 manat ödəniş etmiş, lakin tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Eyni zamanda icra məmuru bildirmişdir ki, Şəxs Bəxtiyaroğlu heç yerdə işləmir, adına hər hansı əmlak yoxdur. Buna baxmayaraq borcunu tam şəkildə ödəməməklə məhkəmə qərarını icra etməkdən qərəzli boyun qaçırdığına görə barəsində inibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs Bəxtiyar oğlu izahatında göstərmişdir ki, heç bir yerdə işləmir, adına hər hansı bir əmlak yoxdur, məhkəmənin qərarının icrasından boyun qaçırmır, borcunu tam ödəməyə imkanı olmasa da, atasının maddi dəstəyi ilə hissə-hissə borcunu ödəyir, maddi imkanı olduğu halda tam şəkildə borcunu ödəyəcək. Hal-hazırda 100 manat ödəniş edə bilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cəmi 17.453 manat məbləğində borcdan tələbkar X6 10.000 manat məbləğində vəsaitin ödənilməsi nəzərə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Bəxtiyar oğlu tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Təqdim edilmiş qəbzlərdən görünür ki, Şəxs Bəxtiyar oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2026-cı il tarixdə 100 manat, xx.xx.2026-cı il tarixdə 100 manat və xx.xx.2026-cı il tarixdə 100 manat məbləğində vəsait borc hesabına ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırki iş materiallarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Bəxtiyar oğlunun məhkəmənin qərarını üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinin tərkib əlamətini məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təşkil etdiyi halda Şəxs Bəxtiyar oğlunun əməlində qeyd edilən hərəkətlərin mövcudluğu məhkəmə iclasında sübuta yetirilməmişdir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Bəxtiyar oğlu tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(5-95)-575/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-575/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver