Məhkəmə qərarları › İş №3(5-95)-578/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-578/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-578/2026 17.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1 işirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti, qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti və ona əlavə edilmiş materiallar xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli qərar barədə xx.xx.2026-cı il tarixdə məlumatı olmuş və xx.xx.2026-cı il tarixdə də rəsmi qaydada qərarı əldə etmişdir. Sözügedən inzibati xətanı o deyil, atası X2 tərəfindən törədildiyinə görə şikayət verdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən şikayət vermiş barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 vəsatətini müdafiə edərək itirilmiş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə idarəetdiyi avtomobil ilə avtomobil yolunda hərəkətdə olan zaman saxlanılmış, həmin vaxt onun məlumatı olmuş ki, barəsində xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli qərar qəbul edilmiş və bir il ərzində 20 və daha çox bal topladığından nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Daha sonra həmin cərimə ballarının silinməsi məqsədilə digər məhkəmədən kənar yollar axtarmış, müxtəlif şəxslər həmin cərimə ballarının silinməsi üçün ona hansısa köməklik edəcəyini bildirsələrdə, verdikləri vədlərə əməl etməmiş, yekunda həmin qərardan şikayət etmək barədə düşünmüş və bundan sonra Baş X7 İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli qərarın surətini xx.xx.2026-cı il tarixdə əldə etmişdir. E.A.Zülfüqarov həmçinin bildirmişdir ki, məlum qərarın qəbul edilməsinə səbəb olan inzibati xətanı o deyil, atası X2 tərəfindən törədilmiş, sadəcə olaraq məlum inzibati xəta törədilmiş avtomobilə sonuncu dəfə idarəetmək üçün etibarnaməni o aldığından atası tərəfindən pozulmuş inzibati pozuntuya görə o inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli qərar qəbul edilməsi haqqında ona hər hansı məktub və SMS məlumat gəlməmişdir. Bu barədə məlumatsız olmuşdur. Hazırda bir il ərzində 20 və daha çox balla qiymətləndirilən xətaların yol verilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin məhdudiyyətin götürülməsi üçün məlum qərardan şikayət vermişdir, xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin hadisə ilə əlaqədar videogörüntüləri təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X7 Web Portalından edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli qərar üzrə 100 manat məbləğində inzibati cərimə tənbehi xx.xx.2025-ci il tarixdə ödənilmişdir. www.asanpay.az saytından əldə edilmiş sorğuya cavabdan görünür ki, xx.xx.2025ci il tarixli, EQ29104510 nömrəli qərar üzrə inzibati cərimə tənbehi ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli qərar üzrə X3 Azərbaycan Respublikası İXM-in 327.7-ci maddəsində nəzərdə tutlan inzibati xətanı (İXM-in 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə) törətməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. X3 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfiindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfiindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə şikayətin buraxılma müddətinin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatət əlavə etsə də, araşdırma zamanı məlum olmuşdur ki, E.A.Zülfüqarov xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli inzibati tənbeh vermə haqqında qərar barədə qanunverciliyin tələblərinə uyğun şəkildə məlumatlandırılmış, bunun nəticəsi olaraq həmin qərar üzrə təyin edilmiş inzibati cərimə tənbehi xx.xx.2025-ci il tarixdə ödənilmiş, E.A.Zülfüqarov sadəcə olaraq barəsində xx.xx.2026-cı il tarixdə tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşmasıdan yayınmaq məqsədilə şikayət ərizəsində və məhkəmə iclasında həqiqətə uyğun olmayan, qeyrisəmimi xüsusatlar bildirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2026-cı il tarixdə iş materiallarını təhlil edərək E.A.Zülfüqarovun buraxılmış müddətin bərpası ilə bağlı verdiyi vəsatəti rədd edərək 3(5-95)-578/2026 nömrəli qərardad qəbul etmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti rədd edildiyindən, verilmiş şikayət və ona əlavə olunmuş sənədlər müəllifə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 118, 122, 126, 128-132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M:

1. X3 tərəfindən Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29104510 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.

2. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar