Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-583/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərindən doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2279418 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xırda xuliqanlıq etməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 510.1–ci maddəsi ilə nəzərdə tutulan müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı: İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X5 ərizə ilə müraciət edərək X1 borc verdiyini və pulu geri istədikdə N.Şəxs və sonuncunun atası Şəxs onu söyüb təhqir etdiyini qeyd etmişdir. Faktın araşdırılması üçün Şəxs və N.İ.İsmayılov polisin çağırışına gəlmədiyindən yaşadıqları ünvana polis əməkdaşları tərəfindən gedilmiş bundan sonra onlar Polis Şöbəsinə gəlmişlər, hər birinin barəsində G.Ş.Tomarovanı təhqir etdiklərinə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmələri barədə protokol tərtib edilmiş, hazırki inzibati xəta işi üzrə Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Şəxs onun qızı ilə nişanlı olmuş şəxsin atasıdır və keçmiş qudası hesab olunur. Onun sözlərinə görə, qızıllarını lombarda qoyaraq onlara borc pul vermiş, lakin həmin pulu geri tələb etdikdə telefon vasitəsilə təhqir olunmuşdur. Daha sonra Şəxs oğlu ilə birlikdə onun yaşadığı ünvana gələrək onu nalayiq sözlərlə təhqir etmişdir. O bildirmişdir ki, onlar barəsində şikayət edəcəyini dedikdə, qarşı tərəf polis əməkdaşları haqqında da nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, sonuncu dəfə təxminən 5 ay əvvəl zərərçəkmiş şəxs X3 evində olmuşdur. G.S.Tomarovadan pulu X8 faizlə götürmüş və həmin pulu faizlə də geri qaytarılmış, bu hadisələrdən sonradan məlumatı olmuşdur. X8 ilə G.S.Tomarovanın qızı nişanlı olmuşlar, lakin sonuncu tərəfindən həmin nişan pozulmuşdur. G.S.Tomarova ilə nə telefon danışığı, nə də görüşmüş, onun yaşadığı ünvana gedərək sonuncunu təhqir etməmişdir. G.S.Tomarova ilə X8 arsında sözləü mübahisə olmuş və onlar mobil telefonda bir-birinin ünvanına nalayiq ifadələr işlərmişlər. G.S.Tomarova iddia etdiyi kimi onun yaşadığı ünvana getməmiş, ünvanına nalayiq ifadə işlətməmişdir. Şəxs həmçinin qeyd etmişdir ki, G.S.Tomarovanın ünvanına nə oğlu, nə də özü getmiş, oraya getməmələri Daxili İşlər Nazirliyinin müvafiq Təhlükəsiz Şəhər kameralarına baxış zamanı da müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: X3 ərizəsindən görünür ki, o, Nurlan adlı şəxsə 1000 manat məbləğində borc vermiş və sonuncudan borcun qaytarılmasını tələb etdikdə zəng vurub onu söyüb, təhqir edib. Hüquqi Məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə görə isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim ... inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ... barədə qərar qəbul edilir. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən məhkəmənin çıxardığı qərarlardan biri də (114.1.4.) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqındadır. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs X5 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs arasında əvvəllər qohumluq münasibətlərinin olması, sonradan bu qohumluq münasibətlərinin pozulması, G.S.Tomarova tərəfindən iddia edilən borc münasibətləri, bu borc münasibətlərinin sonuncu ilə Şəxs X8 arasında olması, Şəxs isə həmin iddia olunun pulun borc kimi deyil G.S.Tomarova tərəfindən “faiz”lə verilməsi və pulun qaytarılmasına aid bir-birinin əksi olan fikirlərin olması, G.S.Tomarova ilə İsgəndərovlar ailəsi arasında hazırki vaxtda qohumluq əlaqələrinin pozulmasından irəli gələn konfliktin mövcudluğu, o cümlədən G.S.Tomarova tərəfindən Şəxs qarşı irəli sürülmüş iddiaları təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim edilməməsi Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanın pozulması ilə müşayiət olunan hərəkətlər törətməsini şübhə altına alan hallardır. Şəxs Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyin o, təqsirsiz hesab edilir, habelə onun təqsirli olması barəsində yaranan şübhələr onun xeyrinə həll olunur. İş üzrə təqdim olunmuş materiallar və məhkəmə iclasında araşdırılmış sübutlar Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğunu təsdiq etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı hər hansı nalayiq və ya təhqiredici ifadələrin işlədilməsi faktı təsdiqini tapmadığından, bununla da inzibati xəta hadisəsinin mövcud olmadığını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 53.1.1, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin.
2. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər.
Hakim Vüqar Məhərrəmov