Məhkəmə qərarları › İş №3(5-95)-591/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-591/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-591/2026 11.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin polis sahə rəisi, X2, Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Yevlax rayonunun Qaraməmmədli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonunun Sarov kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, X10 nömrəsiz fərdi tikili evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon 3-cü Polis Şöbəsinin sahə rəisi X9 tərəfindən Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 11 mart 2026-cı il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X9 izahat verərək bildirmişdir ki, X1 Güldəniz İbrahim qızı tərəfindən döyülməsi, ona xəsarət yetirilməsi barədə ərizə ilə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon 3-cü Polis Şöbəsində aparılan araşdırmanın nəticəsinə uyğun olaraq Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Zərər çəkmiş şəxs X11 bildirmişdir ki, qayınanası Şəxs bir müddətdir ki, onunla bir evdə yaşayır, xx.xx.2026-cı il tarixdə yaşadıqları evdə arvadı X5 və qayınanası Şəxs ilə mübahisələri olmuş, mübahisə zamanı hər ikisi onun üzərinə hücum edərək xəsarət yetirmişlər. Lakin ekspertizanın rəyində qeyd edilmiş xəsarətlərin arvadı və ya qayınanası tərəfindən yetirilməsini dəqiq deyə bilmir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, X11 ilə qızı Vüsalə arasında mübahisə olmuş, onları aralamağa çalışsa da, Vüqar Əvəzov onu yerə yıxmışdır. Vüqara xəsarət yetirməmişdir, çünki dalaşan qızı və kərəkənini ayıranda Vüqar onu yerə yıxmış, bu səbəbdən də Vüqara heç bir xəsarət yetirə bilməzdi. Vüqara xəsarət yetirməyə nə onun fiziki imkanı, nə də ki yaranmış vəziyyət imkan verirdi. Məhkəmə iclasında X12 bildirmişdir ki, yaşadıqları evdə anası X5 ilə atası X4 arasında mübahisə zamanı nənəsi Güldənizin atası Vüqara xəsarət yetirilməsini görməmiş, dalaşma zamanı nənəsi yerdə yıxılmış vəziyyətdə olmuşdur. Nənənsinin hansı şəraitdə və kim tərəfindən yerə yıxmasını görməmişdir. Məhkəmə iclasında X5 bildirmişdir ki, əri Vüqarla dalaşan zaman anası Şəxs onları ayırmağa çalışmış, lakin Vüqar onu vuraraq yerə yıxmışdır. Vüqarda olan xəsarətlər Güldəniz tərəfindən deyil, onun tərəfindən yetirilmişdir, çünki Güldəniz yerdə yıxılmış vəziyyətdə olmuşdur və heç bir halda Vüqara xəsarət yetirə bilməzdi. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X3 Şəxs tərəfindən döyülməsi faktı üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər MTE-nin 188 nömrəli, xx.xx.2026-cı il tarixli ekspert rəyinə əsasən X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağzının selikli qişasının, boyununun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2026-cı il tarixə uyğun gələ bilər. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət yaranır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən X4 döyülməsi və xəsarət yetirilməsi müəyyən olunmur, bu barədə hər hansı bir formada əsaslandırma aparılmadığından və məhkəmə iclasında da müəyyən edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata Şəxs təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar