Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-614/2026 16.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X5 İdarəsi İTŞ-nin inspektoru polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Cəlilabad rayonunun Mollalı kəndində anadan olmuş, orta təhsilli evli, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonunun Mollalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq, Məscid küçəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X5 İdarəsi İTŞ-nin inspektoru polis leytenantı X7 tərəfindən, Şəxs İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X5 İdarəsi İTŞ-nin inspektoru polis leytenantı X7 izahat verərək bildirdi ki, 03.2016-cı il tarixdə Şəxs hava limanı ərazisində qanuni əsaslar olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla sərnişinlərin gedişgəlişinə mane olmuş, bu zaman ona xəbərdarlıq edən polis əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Şəxs araşdırılma aparılması üçün X5 İdarəsinə gətirilmiş və barəsində İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün qanunsuz taksi fəaliyyəti ilə məşğul olub, ictimai qaydanı pozmaq niyyəti olmasa da, polis ona irad bildirdikdə ictimai yerdə uca səslə etiraz etmiş, törətdiyi əməlindən peşmandır, dörd övladı var və faktiki əlilliyi var, lakin rəsmi əlillik dərəcəsi almayıb. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nəqliyyatda Baş Polis İdarəsini X5 İdarəsinin polis nəfəri polis serjantı X1 izahat verərək bildirdi ki, Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olarkən ətrafdakı insanlara narahatlıq yaratdığı üçün ona xəbərdarlıq edilmiş və bu zaman uca səslə mübahisə edərək ictimai qaydanı pozmuşdur. “İnzibati qaydada tutma haqqında” 16 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:28-da tutulmuşdur. X5 İdarəsi İTŞ-nin inspektoru polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə hava limanı ərazisində qanuni əsaslar olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla sərnişinlərin gediş-gəlişinə mane olmuş, bu zaman ona xəbərdarlıq edən polis əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz (maddə 31.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törətdiyi əməlin təhlükəliliyini, öznün etirafedici izahatını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs 510.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il saat 10:28-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(5-95)-614/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-614/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver