Məhkəmə qərarları › İş №3(5-95)-616/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-616/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-616/2026 16.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 17:48 Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X4, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510.1 və 535.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN1731811 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xırda xuliqanlıq etməklə, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Proses iştirakçılarının izahatı: İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, xx.xx.2026-cı il tarixdə günorta saatlarında əsəbi olduğundan ictimai yerdə nalayiq ifadələr işlətmiş, bu hərəkətlərinə soy qoymasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onlarla mübahisə etmiş və oradan qaçmaq istəmişdir. Etdiyi əməllərdən peşimandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X3 izahatında protokolun təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X7 S.P.Əziminin verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: İnzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:00-da tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN1731811 nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, xx.xx.2026-cı il saat 14:00 radələrində Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən “Araz Market” yaxınlığında olarkən ictimai yerdə nalayiq ifadələr işlədərək və tullantı qablarına zərbələr endirərək ictimai qaydanı pozmuş, polis əməkdaşları ona yaxınlaşılaraq özlərini təqdim edib intizama dəvət etsələr də, o, qanuni tələblərə məhəl qoymamış, aqressiv davranışlarını davam etdirmiş və nalayiq ifadələr işlətmiş, habelə oradan qaçmağa cəhd etmişdir. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatdan görünür ki, o, xx.xx.2026-cı il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən “Araz Market”in yaxınlığında ictimai yerdə olarkən ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin ərazidə yerləşən tullantı qablarına qəsdən ayaq zərbələri endirmiş, habelə ona yaxınlaşaraq qanuni tələblər irəli sürən polis əməkdaşlarına qarşı tabesizlik nümayiş etdirmiş, onların göstərişlərinə əməl etməmiş və əl-qol hərəkətləri ilə aqressiv davranış sərgiləmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən idarəyə gətirilmiş, hər hansı fiziki və ya psixi təsirə məruz qalmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM): 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim ... işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan ... vaxtdan hesablanır. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən xx.xx.2026-cı il tarixli, MN1731811 nömrəli “İnzibati xəta haqqında” protokoldan, inzibati qaydada tutma haqqında protokolu, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşının və barəsində icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı verdiyi izahatları və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-in 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İşin faktiki hallarından və məhkəmə iclası zamanı təsdiqini tapmış sübutlardan müəyyən edilmişdir ki, xx.xx.2026-cı il saat 14:00 radələrində Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən “Araz Market” yaxınlığında olarkən ictimai yerdə nalayiq ifadələr işlədərək və tullantı qablarına zərbələr endirərək ictimai qaydanı pozan şəxs olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin şəxsə yaxınlaşılaraq özlərini təqdim edib onu intizama dəvət etsələr də, o, qanuni tələblərə məhəl qoymamış, aqressiv davranışlarını davam etdirmiş və nalayiq ifadələr işlətmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsin hər bir əməlinin tərkibini ayrıca təhlil etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi (xırda xuliqanlıq) üzrə təhlil: Bu inzibati xətanın obyekti ictimai qayda və ictimai əxlaqdır. Əməl obyektiv baxımdan ictimai yerdə – küçədə ucadan nalayiq ifadələrin işlədilməsi və bununla da cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi ilə ifadə olunmuşdur. Sözügedən davranış ətrafdakı şəxslərin rahatlığını pozmuş, eyni zamanda qəbul edilmiş davranış normalarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən, ictimai qayda cəmiyyətdə insanlar arasında formalaşmış, adət-ənənələr, əxlaq normaları və qüvvədə olan qanunvericiliklə müəyyən edilən birgəyaşayış və qarşılıqlı davranış qaydalarının məcmusudur. İctimai qaydanın kobud şəkildə pozulması dedikdə isə, ictimai və ya şəxsi mənafelərə ciddi zərər vuran və ya cəmiyyətdə mövcud davranış qaydalarının qəsdən pozulması ilə müşayiət olunan hərəkətlər nəzərdə tutulur. Bundan əlavə, cəmiyyətə açıq hörmətsizlik anlayışı təqsirkarın ictimai qaydaya qarşı açıq laqeydlik nümayiş etdirməsi, ümumi qəbul olunmuş əxlaq və davranış normalarını saymaması, həmçinin digər şəxslərin maraqlarına toxunan hərəkətlər etməsi kimi xarakterizə olunur. Bu baxımdan, qeyd olunan əməldə inzibati xətanın obyektiv tərəfinin bütün əlamətləri aydın şəkildə öz əksini tapmışdır. Subyektiv cəhətdən isə Şəxs öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etmiş, onların nəticələrini arzulamış və ya şüurlu surətdə buna yol vermişdir. Onun əsəbi olması bu əməlin qəsdən törədilməsini istisna etmir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə təhlil: Bu inzibati xətanın obyekti dövlət idarəetmə qaydaları sahəsində formalaşan ictimai münasibətlər, xüsusilə də dövlət hakimiyyəti nümayəndələrinin xidməti fəaliyyətinin normal və fasiləsiz həyata keçirilməsinin təmin olunması ilə bağlı münasibətlərdir. Obyektiv cəhətdən qeyd olunan hüquqpozma ictimai qaydanın qorunması məqsədilə hadisə yerinə yaxınlaşaraq özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə tabe olmama, həmin tələbləri qərəzli şəkildə yerinə yetirməmək, eləcə də sonradan ona qarşı fiziki təsir göstərmə (itələmə) kimi hərəkətlərdə ifadə olunmuşdur. Polis əməkdaşına qarşı fiziki təmasın tətbiq edilməsi tabesizliyin açıq və aktiv formada təzahür etdiyini, hüquqpozmanın sadəcə passiv itaətsizliklə məhdudlaşmadığını göstərir. Subyektiv cəhətdən isə əməl birbaşa qəsd formasında törədilmişdir. Belə ki, Şəxs qarşısındakı şəxsin polis əməkdaşı olduğunu, onun irəli sürdüyü tələblərin qanuni və icrası məcburi xarakter daşıdığını dərk etmiş, buna baxmayaraq, şüurlu və məqsədyönlü şəkildə həmin tələblərə tabe olmamış, əksinə, aktiv müqavimət göstərərək fiziki təsir tətbiq etmişdir. Bu isə onun əməlində hüquqazidd nəticəni arzuladığını və ya ən azı buna şüurlu surətdə yol verdiyini təsdiq edir. Məhkəmə, müdafiəçinin Şəxs sonradan peşman olması ilə bağlı dəlilini nəzərə alır və bunu Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir, həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, tətbiq ediləcək tənbehin növünü və həddini seçərkən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinin tələblərini təhbər tutur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən Şəxs törətdiyi iki müxtəlif inzibati xətaya dair işlər eyni orqanın səlahiyyətinə aid olduğundan və eyni vaxtda baxıldığından, bir icraatda birləşdirilmişdir. Törədilmiş xətaların zaman ardıcıllığına gəldikdə, məhkəmə müəyyən edir ki, xırda xuliqanlıq əməli başa çatmamış, davam edərkən polis əməkdaşının müdaxiləsi baş vermiş və bu müdaxiləyə cavab olaraq ikinci inzibati xəta polisə tabesizlik törədilmişdir. Bu səbəbdən tətbiq ediləcək tənbeh həmin Məcəllənin 34.3-cü maddəsinin prinsipləri rəhbər tutularaq təyin edilməlidir. Məhkəmə hesab edir ki, törədilmiş əməllərin məcmusu, xüsusilə də polis əməkdaşına qarşı fiziki təmasla müşayiət olunan tabesizlik faktı, Şəxs islah olunması və gələcəkdə bu kimi ictimai təhlükəli əməllərdən çəkindirilməsi üçün onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini zəruri edir. İnzibati həbs tənbehi, bu halda, həm cəzalandırma, həm də preventiv funksiyaları yerinə yetirməklə ultima ratio (son çarə) olaraq qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə Şəxs barəsində daha ağır məsuliyyət nəzərdə tutan inzibati həbs tənbehinin tətbiqini mütənasib və ədalətli hesab edir. Həbs müddəti Azərbaycan Respublikası İXM-in 89.5-ci maddəsinə uyğun olaraq, onun faktiki tutulduğu xx.xx.2026-cı il tarixdən saat 14:00-dan hesablanması qanunun tələbinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2026-cı il, saat 14:00-dan hesablansın.

3. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin.

4. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar