Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-629/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP7901253 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, EQ26955451 nömrəli cərimə qərarından görünür ki, Şəxs həmin tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 10 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbehvermə qərarı qəbul edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1-ci maddəsinə əsasən (53.1.6.) həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müdətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı (106.0.4.) işin icraatını rədd edən hallar mövcud olub-olmamasını həll etməlidir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi […] barədə qərar qəbul edilir. 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların … törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən […] 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların […], törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilir. xx.xx.2026-cı il tarixli, İXP7901253 nömrəli protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, iş üzrə inzibati tənbeh vermə haqqında cərimə qərarı xx.xx.2025-ci il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün növbəti günü, yəni xx.xx.2025-ci il tarixdə qərar qanuni qüvvəyə minir. Qərar qanuni qüvvəyə mindiyi günün növbəti günündən hesablanmaqla 3 ay ərzində, yəni xx.xx.2025-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin növbəti günündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkibi yaranır və şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tədbirinin tətbiq edilərək inzibati məsuliyyətə cəlb edilə bilməsi 4 ay ərzində, yəni xx.xx.2026-cı il tarixədək mümkündür. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ26955451 nömrəli qərar qəbul edilsə də şəxs qərarla təyin edilmiş inzibati cəriməni ödəmişdir. Məlum qərar qəbul edildikdən 11 ay 11 gündən sonra xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair protokol həmin Məcələnin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.Məlum inzibati xəta (529.3) İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə daxil olduğundan, həmin fəsil isə Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində xüsusi qeyd edilmiş (inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər) inzibati xətalar kateqoriyasına daxil deyildir. Belə olan halda Şəxs barəsində məlum qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 07 ay keçdikdən sonra Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə inzibati tənbeh tədbirinin edilməsinə dair inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla və protokol tərtib edilə bilməzdi. Məhkəmə iş materiallarını təhlil edib, inzibati xətalar qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 38.1, 40, 43, 53.1.6, 48-51, 105-109-cu maddərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin.
2. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Vüqar Məhərrəmov