Məhkəmə qərarları › İş №3(5-95)-639/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-639/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-639/2026 17.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmov Vüqar Sarvan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN2485967 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməkdə inzibati tənbeh almış, həmin qərar qanuni qüvvəyə mindiyi gündən etibarən bir il ərzində eyni icra sənədi üzrə bu xətanı təkrar törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6975/2020 nömrəli icra sənədinə əsasən Şəxs 27000 manat borc və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi tutularaq iddiaçı X3 ödənilməsi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6975/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti MKTB 84 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli 64 nömrəli arayışında görünür ki, Hüseynova X1, ev 105 ünvanında qeydiyyatdadır. Şəxs Bakı şəhəri Xəzər rayon İcra Şöbəsində verdiyi izahatdan görünür ki, o qeydiyyatda olmaqla yaşadığı ünvanı Yasamal rayonu, Qutqaşınlı küçəsi, ev 105 kimi qeyd etmişdir. xx.xx.2025-ci il tarixli, MN2324433 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-2435/2025 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləğndə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2026-cı il tarixli, MN2485967 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməkdə müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin ... əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki … şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi …, yaşadığı və olduğu yerin ünvanı …); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin … soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı …; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin … izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0-cı maddəsinə əsasən hakim … inzibati xətalar haqqında işlərə baxarkən (106.0.3.) inzibati xəta haqqında protokol və işin digər materialları həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini, (106.0.5.) mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll edir. 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı (109.1.6.) protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İXM-in tələblərinə ciddi riayət etməlidir. Həmçinin Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN2485967 nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, protokol Azərbaycan Respublikası İXM-in 100.5-ci maddəsinin tələbləri pozulmaqla – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin yaşadığı və olduğu yerin ünvanı, inzibati xətanın törədildiyi yer və vaxt haqqında məlumatlar inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda göstərilməyərək tərtib olunmuşdur. Eləcə də iş materiallarına əlavə edilmiş ümumilikdə sənədlər də Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı və olduğu yerin ünvanı Bakı şəhəri, Yasamal rayonu göstərilmişdir, bu da işə baxılma yerinin Bakı şəhər Yasamal Rayon Məhkəməsi olması müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs ünvan 5 ünvanında qeydiyatda olmaqla, həmin ünvanda yaşadığını dəfələrlə qeyd etmişdir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol sübut kimi qəbul edilsə də, tərtib edilmiş məlum protokol qanunvericiliyin tələbləri əsasında tərtib edilmədiyindən iş üzrə sübut kimi qəbul edilməsi də mümkün deyil. Başqa aspektən yanaşdıqda isə protokol qanunvericiliyin tələblərinə əsasən tərtib edilib yenidən təqdim edilsə belə iş aidiyyatı üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə deyil, Bakı şəhər Yasamal Rayon Məhkəməsinə baxılması üçün təqdim edilməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığına görə təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə geri qaytarılsın.

2. Qərardaddan şikayət verilə bilməz.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar