Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-641/2026 17.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Y.İbrahimli küçəsi 3, 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında cavabdeh Şəxs tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Şəxs dəymiş ziyana görə 774.80 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat, hüquqi xidmətlərlə bağlı çəkilmiş xərclərə görə 31 (otuz bir) manat, ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2563/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq inzibati tənbehə səbəb olmuş öhdəliyi təkrarən yerinə yetirməmiş, yəni inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir. Belə ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında cavabdeh Şəxs tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməli olduğu halda bunun icrasından imtina etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Məhkəmə iclasında tələbkar X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilmədiyini, borclunun tikilinin sökülməsindən imtina etdiyini bildirmişdir. Buna görə də borclunun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra etmədiyini, lakin iki ay müddətində icra etmək fikri olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanında cavabdeh Şəxs tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Şəxs dəymiş ziyana görə 774.80 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat, hüquqi xidmətlərlə bağlı çəkilmiş xərclərə görə 31 (otuz bir) manat, ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. -MN ******* nörməli, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında cavabdeh Şəxs tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməsi, pul borcunun ödənilməsi borclu Şəxs tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 2563/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına nisbətdə təkrar törədilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2563/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, xx.xx.1956-cı ildə ünvan 2 ünvanında yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. - xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilsə də şöbəyə gəlməkdən imtina etmiş, icra sənədindəki tələbi yerinə yetirməyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı olmuş, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 2563/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Lakin borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq inzibati tənbehə səbəb olmuş öhdəliyi təkrarən yerinə yetirməmiş, yəni inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir. Belə ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında cavabdeh Şəxs tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməli olduğu halda bunun icrasından imtina etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 48/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(5-95)-641/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-641/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver