Məhkəmə qərarları › İş №3(5-95)-71/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(5-95)-71/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-95)-71/2026 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlu, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirirək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Bakı şəhəri Xəzər Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işə baxılması zamanı məhkəmənin elektron sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Nəcəfov X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-in 112.4-cü maddəsinə əsasən, məhkəmədə işə baxılarkən Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-in 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birgə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 110-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar