Məhkəmə qərarları › İş №3(5-96)-1/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-1/2026

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-1/2026 05.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Saatlı rayonunun 2 saylı Qara Nuru kənd çadır şəhərciyində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, natamam orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-618/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 4096.62 manat, 8 saylı Notariat Kontorunun qərarına əsasən 12371,48 manat, Zəngilan rayon Məhkəməsinin qərarına əsasən 5141,98 manat borc olmaqla üç icra sənədi üzrə ümumilikdə 21610,08 manat məbləğində kredit borcunu ödəniş olunmadığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri 8 saylı Notariat Kontorunun 27 noyabr 2024-cü il tarixli, 8-İ-8768 nömrəli icra qeydinə əsasən AZ1005, BAKİ şəhəri, ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Zəngilan Rayonu, Hacallı ǝ/d, X1 Bakı şəh., Qaradağ ray., Ələt qəs., Füzuli küçəsi 2 X5 Şəxs CL-EE002776762(205SDGL2********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12346 manat 48 qəpik (on iki min üç yüz qırx altı manat qırx səkkiz qəpik) tutulması və borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12371 manat 48 qəpik (on iki min üç yüz yetmiş bir manat qırx səkkiz qəpik) pul tutulması qərara alınmışdır. Zəngilan rayon Məhkəməsinin e-2(034)-618/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3933.35 manat ödənilməmiş hissə, 100 manat cərimə borcu olmaqla, cəmi 4033.35 manat məbləğində borc və ödənilmiş 63.27 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Zəngilan rayon Məhkəməsinin e-2(034)-552/2024 saylı, 02 dekabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4947.63 manat əsas, 123.24 manat faiz borcu olmaqla, cəmi 5070.87 manat məbləğində borc və 71.11 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Hər üç icra sənədi bir icraatda birləşdirilmiş və ümumilikdə 21610,08 manat məbləğində borc ödənməmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, müvafiq olaraq 29 noyabr 2024-cü il tarixdə, 02 dekabr 2024-cü il tarixdə və 06 iyun 2025-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlərlə və mobil nömrələrinə SMS göndərilməklə birlikdə borcluya ünvanlanmışdır. Həmçinin borclunun ailəsinə xəbər edilmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və Zəngilan RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq İcra Şöbəsinə gətirilmişdir. Şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Cavabdeh Şəxs gün ərzində vaxt verilməsinə baxmayaraq, yaranmış borcundan heç bir ödəniş etməmişdir. Borclunun izahatı alınarkən o yazı yaza bilmədiyi üçün yalnız izahatı imzalamış, iki ilə yaxın müddətdir Rusiya Federasiyasında yaşadığını orada usta fəaliyyəti ilə məşğul olduğunu və hal-hazırda ödəniş edə bilməyəcəyini bildirmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 05 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, yaranmış borcundan xəbəri var, atası xərçəng xəstəsidir onun müalicəsi üçün kredit götürmüşdür. İki ilə yaxındır Rusiya Federasiyasında yaşadığını, 01 yanvar 2026-cı il tarixdə ölkəyə qayıtdığını, Bakıda olduğu müddətdə ödənişlər etdiyini bildirmişdir. Yaranmış borcunu qısa müddətdə ödəyəcəyinə söz verir. Barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar təşkilatlara məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini icra etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 05 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar