Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-136/2026 16.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1998-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyata olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə 16 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 16 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, 11 yanvar 2026cı il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 6Q ünvanında yaşayan X2 işlədiyi “Al Market”-dən Şəxs tərəfindən 01 ədəd “Banketnaya” markalı 20 AZN dəyərində spirtli içki oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan vətəndaş X4 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in "102" Xidmətinə və Qaradağ RPİ-nin 10-cu PŞ-nə ərizə ilə müraciət edərək verdiyi, xx.xx.2026-cı il tarixdə müdiri olduğu Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən mağazadan tanımadığı şəxs tərəfindən bir ədəd "Banketnaya" markalı, 20 manat dəyərində olan spirtli içkinin oğurlanmasını bildirmişdir. Araşdırma zamanı Şəxs 10-cu PŞ-ya dəvət edilərək izahatı alınmış, sonuncu öz izahatında törətdiyi əməli etiraf etmişdir. Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əaqədar 15 yanvar 2026-cı il, saat 21:30-da inzibati qaydada tutulmuşdur. O öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 öz izahatında göstərmişdir ki, təxminən bir ay müddətdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən "Al Market" mağazasında müdir vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə mağazada işdə olan zaman tanımadığı şəxs tərəfindən qeyd olunan mağazadan bir ədəd "Banketnaya" markalı, 20 manat dəyərində olan spirtli içkinin oğurlanmasını aşkar etmişdir. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, psixi xəstəliyi olduğunu və 1 saylı Respublika Psixiatriya xəstəxanasında psixi xəstəliklə əlaqədar müalicə alaraq, qeydiyyatda olduğunu, 2020-ci ildə Şirvan rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 10 ay azadlıqdan məhrum edildiyini, 2022-ci ildə isə CM-nin 177.2.2-ci maddəsi ilə teqsirləndirilərək Qaradağ rayonu Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edildiyini, 2025-ci ilin avqust ayında cəzasını tam çəkərək, azad olunmuşdur. xx.xx.2026-cı il tarixdə kirayə yaşadığı ünvan 3 ünvanında olarkən gecə saatlarında təkcə oturaraq spirtli içki qəbul etdiyini, onun təsiri altında ola-ola gecə ərzində Lökbatan qəsəbəsində gəzdiyini, daha sonra səhər açılanda saat 09:00 radələrində yaşadığı ünvana qayıdarkən evdə spirtli içkisi qutardığından, cibində də pulu qalmadığından, evlərinin yaxınlığında yerləşən "Al Market"ə müştəri qismində daxil olaraq, bir ədəd "Banketnaya" markalı spirtli içkini gizlincə götürdüyünü və evə getdiyini bildirmişdir. Daha sonra həmin gün yenidən həmin mağazaya özü başqa bir şey almaq üçün bir neçə saat sonra gələrkən, bir xanım tərəfindən orada saxlanıldığını, ona bir neçə saat əvvəl etdiyi oğurluğu videogörüntüdə göstərdiklərini, qorxduğundan tez oradan kənarlaşıb qaçdığını bildirmişdir. Hazırda etdiyi əməldən peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X4 və Şəxs tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis leytenantı Cavad Zahidov tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın nəticə hissəsindən aydın olur ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 15 yanvar 2026-cı il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 15 yanvar 2026-cı il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-136/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-136/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver