Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-137/2026 16.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyata olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə 16 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 04 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, 25 dekabr 2025-ci tarixdə Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 7, mənzil 30-da yaşayan X2 məxsus bank kartı Şəxs tərəfindən oğurlanmış, “Oba market”dən ümumilikdə 89 manatlıq alış-veriş edilmişdir. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X4 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in "102" Xidmətinə və Qaradağ RPİnin 10-cu PŞ-nə ərizə ilə müraciət edərək verdiyi, xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbə ərazisində yoldaşı Rufanəyə aid olan "Kapital Bank"a aid 4169 7388 5944 4873 nömrəli plastik kartını itirdiyini, xx.xx.2025-ci il tarixdə qeyd olunan kartı tapan şəxsin kartdan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Oba Market dən 89 manat dəyərində alış-veriş etməsini aşkar etmişdir. Araşdırma zamanı Şəxs 10-cu PŞ-ya dəvət edilərək izahatı olunmuş, sonuncu öz izahatında törətdiyi əməli etiraf etmişdir. Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əaqədar 15 yanvar 2026-cı il, saat 19:05-də inzibati qaydada tutulmuşdur. O öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 öz izahatında göstərmişdir ki, 17 dekabr 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbə ərazisində yoldaşı Rufanəyə aid olan "Kapital Bank'a aid 4169 7388 5944 4873 nömrəli plastik kartını itirdiyini, həmin tarixdə qeyd olunan kartı tapan şəxsin kartdan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Oba Market'den 89 manat dəyərində alış-veriş etməsini aşkar etdiyini, naməlum şəxsin kartla xx.xx.2025-ci il tarixdə saat 00:06-da 47 manat və 00:07de 42 manat olmaqla iki dəfəyə alış-veriş etdiyini, hadisə ilə əlaqədar konkret olaraq şübhələndiyi heç kimin olmadığını və hadisə nəticəsində ona ümumilikdə 93 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 25 dekabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, 28 May küçəsində Dönərxananın qarşısında yerdən plastik bank kartı tapmış və onu götürərək həmin küçədə yerləşən “Oba market”dən alış-veriş etmişdir. Hazırda etdiyi əməldən peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X4 və Şəxs tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis leytenantı Pərvin Hüseynli tərəfindən qəbul edilmiş 04 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın nəticə hissəsindən aydın olur ki, ünvan 3 ünvanında yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 15 yanvar 2026-cı il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 15 yanvar 2026-cı il tarixdə saat 19:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-137/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-137/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver