Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-138/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə X1, DİN-nin Bakı şəhər DYPİ-sı tərəfindən qəbul edilmiş 08 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 şikayətlə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və tətbiq olunmuş cərimənin qanunsuz hesab edilməsini xahiş etmişdir. X4 eyni zamanda vəsatətlə Bakı şəhər Qaradağ rayon məhkəməsinə müraciət edərək verdiyi şikayətə yaşayış yeri üzrə Bakı şəhər Qaradağ rayon məhkəməsində baxılmasını xahiş etmişdir. X4 şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, polis mayoru X3 xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 manat məbləğində cərimə edilmiş və bu 4 bal hesablanmışdır. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o xx.xx.2025-ci il tarixdə, saat 11:53-də Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində idarə etdiyi "LEXUS LX570 MİNİK" markalı **- OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə qaydaları pozmuşdur. Bu barədə Qaradağ rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Qaradağ rayon Məhkəməsinin 3(002)-2335/2025 xx.xx.2025-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ polis mayoru X3 tərəfindən qəbul edilmiş X1 İXMnin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri X7 İdarəsinə tapşırılmışdır. Lakin polis idarəsində Heç bir araşdırılma aparılmadan eyni zamanda eyni zamanda onu belə dəvət etmədən yenidən xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 manat məbləğində cərimə etmişlər və bu 4 bal hesablanmışdır. Bu barədə ikinci dəfə də Qaradağ rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Qaradağ rayon məhkəməsinin 3(002)-2591/2025 xx.xx.2025-ci il qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ polis mayoru X3 tərəfindən qəbul edilmiş X1 İXMnin 327.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması Bakı şəhəri X7 İdarəsinə tapşırılmışdır. Lakin polis idarəsində yenə də heç bir araşdırılma aparılmadan eyni zamanda məni belə dəvət etmədən yenidən xx.xx.2026- cı il tarixli TP ******* saylı qərar qəbil edilərək məni İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 manat məbləğində cərimə etmişəm və bu 4 bal hesablanmışdır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ona zəng edərək məlumat vermişlər ki, xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydalarını pozmuşdur və Bakı şəhər Yol polis İdarəsinə yaxınlaşmağını bildirmişlər. Lakin onu törətdiyi yol nəqliyyat hadisəsinə çağırılmağının qanuna zidd olduğunu bildirdikdən sonra hadisədən təxminən 3 gün sonra barəsində protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə barəsində qərar qəbul edilmişdir. Barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edildiyi vaxt o həmin protokoldan narazı olmuş və bu barədə rəsmi olaraq DİN-nin Bakı şəhər DYP-yə şikayət etmişdir. Lakin heç bir araşdırma aparılmadan xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək onu 150 manat cərimə etmişlər və bu 4 bal hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Məsələ ilə əlaqədar bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. xx.xx.2025-ci il tarixdə onu Bakı şəhər DYPİ-ə dəvət edilərək xx.xx.2025-ci il tarixdə inzibati xəta törətməyini bildirmişlər. Bu barədə kamera görüntüsü tələb etsə də heç bir görüntü təqdim edilməmişdir. Əgər o hadisəni xx.xx.2025-ci il tarixdə törətmişdirsə həmin gün də barəsində elektron qaydada inzibati protokol tərtib olunmalı idi. Lakin hadisədən üç gün sonra barəsində inzibati protokolun tərtib olunması tam qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 öz izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, qeyd edilən hadisə 23 avqust 2025-ci il baş versə də 26 avqust 2025-ci il tarixində qərar elektron kabinetə yerləşdirilmişdir. Belə bir qayda pozuntusu törətmiş olsa belə, 3 gün sonra barəsində protokol tərtib edilib elektron kabinetinə yerləşdirilməklə pozuntuya yol verilmişdir. Həmin qərar 24 saat ərzində elektron kabinetə yerləşdirilməlidir. Həmin qərarda onun Ziya Bünyadov prospektində əks istiqamətli yola çıxdığı qeyd olunmuşdur. Lakin həmin ərazi İbrahimpaşa Dadaşov küçəsindən X2 çıxışındadır. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 08 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-nin Bakı şəhər DYPİ-nə təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə hər hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmiddir. Məhkəmə şikayəti, iş materiallarını, tərəfin izahatını və hadisənin görüntüsünü nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş 08 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 23 avqust 2025-ci il tarixdə, saat 11:53 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospektində "LEXUS LX570 MİNİK" markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsinə görə İXM 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı əldə edilmiş videogörüntüdən də aydın olur ki, X4 nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə qaydaları pozmuşdur. Məhkəmə şikayətçinin, qeyd olunan pozuntunun həmin qərarın 24 saat ərzində elektron kabinetə yerləşdirilməməsi ilə bağlı iddiasına münasibətdə hesab edir ki, bu hissədə hər hansı bir qanun pozuntusu baş verməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı “ESD” vasitəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan qayda pozuntusu 23 avqust 2025-ci il tarixdə saat 11:53-də törədilmişdir. Qeyd olunan pozuntu “Təhlükəsiz Şəhər” kameralarına nəzarət edən operator tərəfindən aşkar edilmişdir. Qeyd olunan operatorların inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığından raportla aidiyyəti üzrə məruzə olunmaqla şəxs 26 avqust 2025-ci il tarixdə dəvət edilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələbindən aydın olur ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-nin Bakı DYPİ-sı tərəfindən qəbul edilmiş 08 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-138/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-138/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver