Məhkəmə qərarları › İş №3(5-96)-140/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-140/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-140/2026 19.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay Bakı Şəhəri, Qaradağ Rayonu, Sahil Qəsəbəsi, M.Seyidov Küçəsi, Ev 21, Mənzil 21 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı, 333-1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00-da “Opel Astra H ” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, o, İXM 342.6-cı, 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün yenidən avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00-da “Opel Astra H ” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, o, İXM 342.6-cı, 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün yenidən avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 342.6-cı, 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.Göstərilənləri nəzərə alaraq, Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsini idarə edərkən YPX əməkdaşları tərəfindən yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış, daha sonra inspektor onun sərxoş vəziyyətdə olmasından şübhələnmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı onun marixuana istifadə etməsi müəyyən edilmişdir. Tutduğu əməldən peşmandır və Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində İXM-nin 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar xx.xx.2025-ci tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsinin dispozisiyasında qeyd edilir ki, həmin məcələnin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində yenidən törədilməsi təkrar törədilmə hesab olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xəta xx.xx.2025-ci tarixdə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə minmədən əvvəl baş verdiyindən onun əməlində İXM-nin 333- 1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Həmin məcəllənin 127-4.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 333- 1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar