Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-144/2026 04.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 21 yanvar 2026-cı il tarixdə saat 01:30 radələrində tanışı X2 ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, dəniz kənarında, qadağan olunmuş ərazidə lazimi icazə olmadan quş ovunu həyata keçirərək ov qaydalarını kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən Qaradağ rayon Polis İdarəsinin 38-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ rayon Polis İdarəsinin 38-ci PŞ-nə məlumat verilməsinə baxmayaraq, sahə inspektoru, polis leytenantı X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə sahə inspektoru, polis leytenantı X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 21 yanvar 2026-cı il tarixdə saat 01:30 radələrində tanışı Rövşən ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, dəniz kənarında ov edərkən polis əməkdaşları onları saxlamış və 38-ci Polis Şöbəsinə gətirmişdir. Törətdiyi inzibati xətadan peşmandır. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi, törətdiyi inzibati xətadan peşman olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, eləcə də məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs ov etməklə bağlı verilmiş xüsusi hüququ aşağı həddə məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-2123-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə ov etməklə bağlı xüsusi hüququndan məhrum edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-144/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-144/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver