Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-145/2026 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ RPİ-nin Dövlət Yol PŞ-si Yol-patrul xidməti inspektoru X1 şahidliyi, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin Sİ polis polkovnikleytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Ağdam rayonu, Çuxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:18 radələrində Bakı şəhəri, Qaradağ rayonu polis idarəsinin DYPŞ-nin qarşısında xırda xuliqanlıq etmiş və ictimai qaydanı pozmaqla polislərin qanuni tələbinə tabe olmamışdır. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin Sİ polis polkovnikleytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin Sİ polis polkovnik-leytenantı X4 protokolu müdafiə edərək X4 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə dostları ilə birgə M.Seyidov küçəsində olmuşdur. Həmin an o spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq spirtli içki qəbul etdiyini söyləmişdir. Lakin o, spirtli içki qəbul etsə də sükan arxasında olmadığını bildirmişdir. Həmçinin tələblərə məhəl qoymayaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Qaradağ RPİ-nin Dövlət Yol PŞ-si yolpatrul xidməti inspektoru X2 bildirmişdir ki, xx.xx.2026-cı tarixdə saat təxminən 23:30 radələrində xidmətdə olarkən DYPŞ-nin qarşısında hərəkətdə olan Chevrolit Cobalt markalı nəqliyyət vasitəsini görmüş, saxla işarəsi vermişdir. Şəxsin spirtli içki qəbul etdiyi açıq-aşkar görünürdü. Şəxsə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyin yanlış olduğunu bildirdikdə, o nalayiq ifadələr işlədərək polis əməkaşlarını təhqir etməyə başlamış və onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları radiostansiya vasitəsilə kömək çağırmış və şəxsin 10-cu PŞ-nə gətirilməsini təmin etmişlər. Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, akt, iş materialları və onun izahatı ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində 20 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 20 yanvar 2026-cı il tarixdən, saat 22:30-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-145/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-145/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver