Məhkəmə qərarları › İş №3(5-96)-15/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-15/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-15/2026 07.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X5 qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X2, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material baxılması üçün Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2025-ci il tarixdə Şəxs keçmiş yeznəsi Farizin şəkillərini ondan icazəsiz əldə edərək “Tik-tok”-da paylaşmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X4 öz izahatında protokolu müdafiə edərək, təmin edilməsini və həmin protokolun 11 dekabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar əsasında tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X3 öz izahatında bildirmişdir ki, bacısının keçmiş əri Nemət, bacısı ilə boşandıqdan sonra aralarında alimentlə bağlı problemlər yaşadıqlarını qeyd etmişdir. Nemət, onun və qardaşının barəsində “Tik-tok”-da təhqiramiz paylaşım etmişdir. Nemətə paylaşımı silməyini desə də, o, paylaşımı silməmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, uşağı ilə görüşməyə icazə verilmədiyinə görə əsəbləşdiyi üçün 11 dekabr 2025-ci il tarixdə, yaşadığı Bərdə rayonunun Ərəblər kəndindəki evində videonu paylaşmışdır. Farizin atası ilə danışandan sonra videonu silmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin material mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından və işdə olan sənədlərdən aydın olur ki, Şəxs Bərdə rayonu ərazisində paylaşım etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 112.4-cü maddəsinin tələbindən aydın olur ki, Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar