Məhkəmə qərarları › İş №3(5-96)-156/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-156/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-156/2026 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Chevrolet Cobalt markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 02:00-də müştəri qismində olan X8 ilə bərabər Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində hərəkətdə olan zaman sükan arxasında yuxuladığına və havanın qaranlıq olduğuna görə qarşıda dayanmış X3 **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusu ilə idarə etdiyi Volvo markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınına çırpılmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində Şəxs və Sərkər Dayiyev xəsarət almamış, Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Hadisə nəticəsində X4 idarə etdiyi yük maşınına maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı hadisə yerinə baxış keçirilmiş protokol tərtib olunaraq toplanmış materiala əlavə edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 bildirmişdir ki, hadisədə zərərçəkmiş şəxs bədən xəsarətləri almış, bu səbəbdən iş təhqiqat şöbəsində araşdırılmış, lakin yüngül bədən xəsarətləri olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Zərər dəymiş yük avtomobilinin təmir xərci sığorta tərəfdən qarşılanmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərmişdir ki, törədilmiş inzibati xəta hadisəsi üzrə özünü təqsirli bilir. Hadisə baş verən zaman dərhal zərərçəkmiş şəxs ilə birlikdə xəstəxanaya getmiş, həmin şəxs ondan şikayətçi deyil, yük avtomobilinin təmiri sığorta tərəfindən qarşılanır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarında olan sənədləri və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respulikası Cinayət \məcəlləsinin 263.1-ci maddəsində göstərilən cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2025-ci il tarixli 884 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qanç şişkinliyi (hematoması), sağ göz qapaqları və gözaltı nahiyəsinin, sol göz qapaqları va gözaltı nahiyəsinin qançırları, burun nahiyəsinin qançır – şişkinlik halında sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibib vardım üçün X11 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə rəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə örə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, 08 noyabr 2025-ci il tarixdə işlədiyi yerdən çıxıb taksi sifariş vermişdir. Yolda olarkən saat təxminən 02 radələrində tanımadığı ərazidə taksi sürücüsü qəza törətmişdir. O, telefona baxdığı üçün qəza anını görə bilməmişdir. Qəzadan dərhal sonra sürücü onu 1 saylı X11 aparmış, hadisə nəticəsində müxtəlif xəsarətlər almışdır. İş materialında olan teleqramdan görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmış ondan şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X4 izahatından görünür ki, 08 noyabr 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Volvo markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını və onun **-ZA-*** d.q.n. qoşqusu ilə Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında saxlamışdır. Gecə saat təxminən 02 radələrində qəflətən baş verən çırpılma nəticəsində yuxudan oyanmış və ona məlum olmuşdur ki, arxadan gələn Chevrolet Aveo markalı avtomobil idarəetməni itirib və onun dayanmış vəziyyətdə olan yük maşınına çırpılmışdır. Bundan sonra yerə enmiş və çırpılan avtomobildə bir sürücü və xanım sərnişinin olduğunu görmüşdür. Onlar xanım sərnişini xəstəxanaya yola salmışlar. Özü isə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə nəticəsində xəsarət almamış, lakin idarə etdiyi yük maşınına ziyan dəymişdir. İş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 08 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, 08 noyabr gecə saat 03:00-də yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Chevrolet Cobalt markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 02:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində hərəkətdə olan zaman sükan arxasında yuxuladığına və havanın qaranlıq olduğuna görə qarşıda dayanmış X3 **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusu ilə **-AC-*** dövlət qeydiyyat nişanlı Volvo markalı yük maşınına çırpılmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci (mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) maddəsinin 4-cü bəndində göstərilmişdir ki, sürücü Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar