Məhkəmə qərarları › İş №3(5-96)-157/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-157/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-157/2026 26.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş Şəxs1, Şəxs2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmələrinə dair materiala baxaraq, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ RPİ tərəfindən Şəxs1 və Şəxs2 barəsində inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs1 və Şəxs2 barəsində materiala əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi haqqında inzibati qərardad və inzibati xəta haqqında protokol eyni vərəqdə tərtib olunmuşdur. Əlavə olaraq Şəxs1 və Şəxs2 barəsində inzibati xəta haqqında materiallar ayrı-ayrı verilməli olduğu halda bir icraatda birləşdirilərək eyni müşayiət məktubu ilə məhkəməyə göndərilmişdir. Baxmayaraq ki, onların işinə bir icraatda baxılması mümkün deyildir. İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikasının Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmələrinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Teymur Qurbanov İş № 3(5-96)-157/2026 Pprosessual hərəkətlər barədə protokol 26 yanvar 2026-cı il Bakı şəhəri Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ RPİ -dən daxil olmuş Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmələrinə dair materiala baxaraq prosessual hərəkət etdi. Hakim Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ RPİdən daxil olmuş Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmələrinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdi. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar