Məhkəmə qərarları › İş №3(5-96)-197/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-197/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-197/2026 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis kiçik leytenantı X2, DİN-nin BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının YPX inspektorları, polis baş serjantı X3 və polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1988-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 22 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 22 yanvar 2026-cı il tarixdə 719 saylı stasionar postda sürücü Şəxs polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis kiçik leytenantı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 22 yanvar 2026-cı ildə saat 12:40 radələrində YPX əməkdaşları 719 saylı stasionar postda xidmətdə olarkən Şəxs məxsus “Mercedes” markalı, ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobili sənədlərinin yoxlanılması üçün saxlamışlar. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etməsini xahiş etmişlər. Bu zaman sürücü avtomobildən düşərək yüksək səslə onlara hədə-qorxu gələrək polisin şərəf və ləyaqətini alçaldan nalayiq sözlər işlətməyə başlamışdır. Sürücüyə dəfələrlə qanuna tabe olmasını istəsələr də o, sözlərindən geri qalmayaraq daha da yüksək səslə təhqirlərə dava etmişdir. Bu zaman vətəndaşı polis bölməsinə dəvət etsələr də o, tabesizlik etmişdir. Nəticədə Şəxs 22 yanvar 2026-cı ildə saat 13:00-da inzibati qaydada tutulmuş və elə həmin tarixdə barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, onun barəsində tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru, polis baş serjantı X6 öz izahatında göstərmişdir ki, 22 yanvar 2026-cı il tarixdə ssat 12:40 radələrində 719 saylı stasionar postda BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru, polis baş serjantı X4 ilə xidmətdə olarkən postun qarşısında hərəkətdə olan “Mercedes” markalı, ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobili sənədlərinin yoxlanılması üçün saxlamışlar. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman sürücü avtomobildən düşərək yüksək səslə onlara hədə-qorxu gələrək polisin şərəf və ləyaqətini alçaldan nalayiq sözlər işlətməyə başlamışdır. Sürücüyə dəfələrlə qanuna tabe olmasını istəsələr də o, qanunsuz hərəkətlərini davam etdirərək daha da yüksək səslə təhqirlərə dava etmişdir. Bu zaman vətəndaşı polis bölməsinə dəvət etsələr də o, tabesizlik etməyə başlamışdır. Qeyd olunan hadisə xidməti kamera vasitəsi ilə qeydə alınmışdır. Hal-hazırda şikayətçi olmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru, polis baş serjantı X4 öz izahatında yuxarıda qeyd edilən hadisə zamanı BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru, polis baş serjantı X6 ilə birlikdə xidmətdə olduğunu bildirərək onun izahatda qeyd etdiklərini təsdiq etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, hadisə baş verən gün, yəni 22 yanvar 2026-cı il tarixdə idarə etdiyi “Mercedes” markalı, ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayoundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 719 saylı stasionar postda YPX əməkdaşları tərəfindən saxlanmışdır. Bu zaman o, avtomaşını saxlamış və onu saxlayan polis əməkdaşını, yəni sonradan bildiyi İsmayıl adlı polis əməkdaşını tanımış və onun qərəzli olaraq saxlanılmasını düşünmüşdür. Çünki bu hadisədən təxminən 15-20 gün əvvəl Bakı şəhərində yerləşən Onkoloji xəstəxanada müalicə alan yaxın adamının yanına gedərkən həmin polis əməkdaşı yenə də heç bir səbəb olmadan onu saxlayaraq alkoqol sərxoşluğunun yoxlanılması adı ilə onu xidməti maşına dəvət etmişdir. O isə heç bir spirtli içki qəbul etmədiyini və heç bir qayda pozuntusu törətmədiyini bildirdikdə polis əməkdaşı ona “hörmət” edilməli olduğunu bildirmiş və bundan sonra o gülərək oradan ayrılıb getmişdir. Bundan sonra həmin polis əməkdaşı həftənin üçüncü günü yenə də heç bir səbəb olmadan onu saxlamışdır. O bunun səbəbini soruşduqda polis əməkdaşı ona “kefim belə istəyir, hər dəfə burdan keçəndə səni saxladacam” demişdir. Buna görə də o axırıncı dəfə saxlanılan zaman əsəblərini cilovlaya bilməmiş və bir neçə nalayiq ifadələr işlətmişdir. O öz izahatında törətdiyi əməldən peşiman olduğunu, bununla bağlı polis əməkdaşlarına üzrxahlıq etmək istəyərək barışmağa cəhd göstərsə də polis əməkdaşlarının onu bağışlamadığını bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək, təqdim edilmiş videogörüntüyə baxış keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin mübahisələndirmədiyi videgörüntü ilə də müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə davamlı şəkildə qəsdən tabe olmamış və polis əməkdaşının ünvanına çox kobud formada nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2026-cı il tarixdə saat 13:00-da tərtib edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 22 yanvar 2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən peşiman olmasını, eləcə də törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 22 yanvar 2026-cı il tarixdən saat 13:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar