Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-220/2026 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33173548 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33173548 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ X3 08 yanvar 2026-cı il tarixli EQ33173548 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə təqsirli bilinərək, 100 (bir yüz) manat cərimə edilmişdir. Bildirilir ki, 08 yanvar 2026-cı il tarixində “SMS Radar” mobil tətbiqinə və telefon nömrəsinə 2026-ci 08 yanvar tarixli, EQ33173548 nömrəli inzibati xəta haqqında protokol sms məlumatlandırma Moskva pr, Badi Səba restoranın qarşısı, 20 yanvar dairəsi istiqaməti ilə hərəkət edərkən 5.9, 5.10.1-5.10.3 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqlı yol ilə hərəkət etdiyi hesab olunaraq ona cərimə bildirişi daxil olmuşdur. Şəkildə və video görüntüdə göründüyü kimi hərəkəti davam etdirdiyi zolağda, yəni yolun 1-ci hissəsi yaxşı görünüşü təmin edilən xüsusi rəngdə olan 1.5 üfüqi nişanlanma (Tək qırıq-qırıq xətt) xətti hərəkət zolaqlarının sərhədlərini aydın şəkildə göstərir. Hərəkət etdiyi yolda göründüyü kimi 5.9 nişanı yəni, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaq olmadığından hərəkətini yolun 1-ci hissəsi ilə davam etdirmişdir. 1.5 üfüqi nişanlanmadan görünür ki, həmin zolaq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə İşarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Odur ki, Moskva pr, Badi Səba restoranın qarşısı, 20 yanvar dairəsi istiqaməti ilə hərəkətini davam etdirdiyi yolun 1-ci hissəsində 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaqların olmamasını (foto şəkildə göründüyü kimi) və ümumiyyətlə həmin yolun 1-ci hissəsi yaxşı görünüşü təmin edilən xüsusi rəngdə olan 1.5 üfüqi nişanlanma (Tək qırıq-qırıq xətt) xətti hərəkət zolağının sərhədlərini aydın şəkildə ayırdığını nəzərə alaraq DİN BDYPİ X3 2026-cı il 08 yanvar tarixli EQ33173548 nömrəli qərarını tam qanunsuz və əsassız olmasını hesab etmiş, həmin protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətini müdafiə edərək, qeyd etmişdir ki, qəbul edilmiş protokol əsassızdır. Belə ki, Şamaxinka deyilən ərazidən 20 Yanvar adlanan əraziyə tərəf gəldikdə 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaq olmadığından hərəkətini yolun 1-ci hissəsi ilə davam etdirmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33173548 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33173548 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2026-cı il tarixdə saat 09:25-də Moskva prospekti, Badi Səba restoranının qarşısı 20 Yanvar dairəsi istiqamətində olarkən “Mitsubishi Galant minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Qanunda göstərilən 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materialında olan 01 ədəd CD diskə əlavə olunmuş görüntülərdən aydın olur ki, X2 xx.xx.2026-cı il tarixdə saat 09:25-də Moskva prospekti, Badi Səba restoranının qarşısı 20 Yanvar dairəsi istiqamətində olarkən “Mitsubishi Galant minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yola dönmə əməliyyatının həyata keçirilməsi üçün nəzərdə tutulmuş hissəyə çatmadan həmin zolağa daxil olmuşdur. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, işdə olan sübutlar və hadisə yerinin qeydə alınmış videogörüntüsünə əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X2 xx.xx.2026-cı il tarixdə saat 09:25-də Moskva prospekti, Badi Səba restoranının qarşısı 20 Yanvar dairəsi istiqamətində olarkən “Mitsubishi Galant minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Qanunda göstərilən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etməsi nəticəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun pozmuş və nəticədə inzibati xəta hadisəsini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin 4cü bəndinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2026-cı il tarixli EQ 33173548 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2026-cı il tarixli EQ 33173548 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(5-96)-220/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-220/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver