Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-221/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində saat 14:00 radələrində Yasamal rayonu Müzəffər Həsənov küçəsində Chevrolet Cobalt **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qoşa xəttin tələbini pozaraq sola dönüb avtomobili park etmişdir. Həmin küçədə xətlənmə müəyyən yerlərdə silindiyinə görə bilmədən qayda pozuntusuna yol vermişdir.Avtomobildən düşdükdən sonra YPX ona yaxınlaşdı və avtomobildən düşmədən onu etikadan kənar formada çağırmışdır. O, YPX avtomobilinə yaxınlaşdıqda YPX əməkdaşı özünü təqdim etmədən, xidməti vəsiqəsini göstərmədən, hər hansısa əsas gətirmədən onun sənədlərini tələb etmişdir. O da öz növbəsində sənədlərini təqdim etmişdir. Daha sonra YPX əməkdaşı onun barəsində protokol tərtib edərək 100 manat cərimə etmişdir. Ona saxlanılma səbəbi və qayda pozuntusunun mahiyyəti barədə lazımi izahat verilməmiş, izahat vermək hüququ tam şəkildə təmin olunmamışdır. Bu isə inzibati icraatın aparılması qaydalarının pozulmasıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib edilən TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab etdiyindən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən işə inzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə müəyyən edilmiş 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə tələblərini pozması iş materiallarına əsasən tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə şəxs yüz manat məbləğində cərimə edilir. X4 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. İşin hallarından görünür ki, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi müəyyən edildiyindən sonuncu barəsində səlahiyyətli şəxs tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X2 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-221/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-221/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver