Məhkəmə qərarları › İş №3(5-96)-250/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-250/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-250/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 18 dekabr 2025-ci il tarixli, 14000-03337/25 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********7980 sorğu nömrəli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilən Latviya Respublikasından şirkətin ünvanına 1 (bir) ədəd nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 07 dekabr 2025-ci il tarixdə "Mazımqara" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, 3-33-3300/012/005520 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs (VÖEN: **********) ünvanına 1 (bir) ədəd nəqliyyat vasitələri bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün həmin sorğu nömrəli gömrük bəyannaməsinin 40-ci qrafasında da qeyd edilməmişdir İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışdan xx.xx.2025-ci il tarixli **********7980 sorğu nömrəli gömrük bəyannaməsində görünür ki, Şəxs (VÖEN: **********) ünvanına gələn 1 (bir) ədəd nəqliyyat vasitəsi Mazımqara" gömrük postunu 07 dekabr 2025-ci il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 3-33-3300/012/005520 nömrəli raport, gömrük bəyannaməsi, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarış və şirkətin qanuni təmsilçisinin sorğu-sual protokolu ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (VÖEN: **********) işçisi Azərbaycan Respublikasının vətəndaşı X3 (AA 0243070, FİN: 2T3MKYN) izahatında göstərmişdir ki, işçisi olduğu Şəxs ünvanına xx.xx.2025-ci il tarixli **********7980 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən 1 (bir) ədəd nəqliyyat vasitələri gəlmişdir. Lakin həmin nəqliyyat vasitələsinə dair sürücü tərəfindən məlumat verilmədiyindən yuxarıda qeyd olunan nəqliyyat vasitəsi bəyan edilməmişdir. Məhkəmə iclasında iştrak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X4 öz izahatında bildirmişdir ki, 11 dekabr 2025-ci il tarixli **********7980 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən 1 (bir) ədəd nəqliyyat vasitəsi gəlmişdir. Lakin sürücüyə xəbərdarlıq edilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinə dair sürücü tərəfindən vaxtında məlumat verilmədiyindən yuxarıda qeyd olunan nəqliyyat vasitəsi bəyan edilməmişdir. Odur ki, ilk dəfə belə bir hal baş verdiyinə görə şirkət barəsində tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1063, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) 18 dekabr 2025-ci il tarixli, 14000-03337/25 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar