Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-27/2026 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu, X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, M ü ə y y ə n e t d i m: X4 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, X4 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etsə də, şikayətə barəsində qəbul edilmiş qərar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Teymur Qurbanov İş № 3(5-96)-27/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 8 yanvar 2026-cı ildə Bakı şəhərində Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətə baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. X1 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətin X3 qaytarılması barədə qərardad qəbul etdi. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-27/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-27/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver