Məhkəmə qərarları › İş №3(5-96)-281/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-281/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-281/2026 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri 8 saylı Notariat Kontorunun 8İ-1363 saylı, 04 mart 2025-ci il tarixli icra qeydinə əsasən 4825 manat məbləğində pul tələbinin fiziki şəxsə ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri 8 saylı Notariat Kontorunun 8İ-1363 saylı, 04 mart 2025-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs tələbkar X4 tərəfindən ödənilmiş 25 manat 00 qepik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10025 manat 00 qəpik (on min iyirmi beş manat sıfır qəpik) pul tutulması qərara alınmışdır. Həmin icra sənədi icra olunması üçün Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 06 mart 2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. İndiyədək borclu tərəfindən hissə-hissə olmaqla cəmi 5200 manat ödəniş edilmiş 4825 manat borc qalmışdır. Hazırkı məhkəmə iclasında daha 500 manat da ödəniş edilmişdir. Borclu İcra Şöbəsində izahat verərkən qalan borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsinə əsasən 28 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında qalan borcun dərhal ödənilməsini, bu baş vermədikdə isə borclu barəsində “inzibati həbs” tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında yaranmış borcundan xəbəri olduğunu, maddi imkanı olmadığı üçün tam ödəniş edə bilməsə də hissə-hissə olmaqla 5200 manat, hazırda isə əlavə 500 manat ödədiyini, qalan borcunu isə qısa müddətdə ödəyəcəyini bildirmişdir. Odur ki, barəsində tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini tam icra etməmiş və bunun üzrlü səbəbləri barədə də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 28 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaranmış borcundan qismən ödəniş etməsini və qalan borcunu da ödəyəcəyinə söz verdiyini, hazırki iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar