Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-282/2026 30.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Özaydın Ömer barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə Özaydın Ömer barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli, 00100-03706/25 saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/029/035141 raporta esasen Özaydın Ömerin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından 34DGA073/34DDS059 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan, Bakı Baş Gömrük İdarəsində **********4265 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yüklərə gömrük yoxlaması həyata keçirilən zaman ASE**********011 nömrəli, xx.xx.2025 tarixli invoysun 3-cü mal mövqeyində göstərilmiş 105000 ədəd "tatlı kaşığı” yükünün MGEİ-nin XM**********70 nömrəli rəyi əsasında birdəfəlik istifadə üçün olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Özaydın Ömerin istifadəsində olan +**********62 mobil nömrə ilə əlaqə saxlanılmış, müəyyən məsələlərə aydınlıq gətirilməsində ötrü izahat verməsi üçün Bakı Baş Gömrük İdarəsinə dəvət olunmuş, Özaydın Ömer hər dəfə gələcəyini bildirsə də hal-hazıradək gəlməmişdir. MGEİ-nin XM**********70 nömrəli rəyinə əsasən Özaydın Ömerin ünvanına daxil olan **********4265 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ASE**********011 nömrəli, xx.xx.2025 tarixli invoysun 3-cü mal mövqeyində göstərilmiş 105000 ədəd “tatlı kaşığı” yükünün birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastmas qaşıq olduğu müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş materiallarda Özaydın Ömer barəsində İXM-nin 275.4-cü maddəsinə əsasən inzibati protokolun tərtib edilmə yeri və vaxtı barədə məlumat verilməsinə, eləcə də tərtib edilmiş inzibati protokolun Özaydın Ömera göndərilməsini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. İnzibati material araşdırılarkən qeyd olunan şəxsin ümumiyyətlə anket məlumatlarına dair də heç bir məlumat aşkar edilməsişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Özaydın Ömer barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-282/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-282/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver