Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-284/2026 12.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərardan verilmiş şikayətə və əlavə edilmiş materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş şikayətdə və əlavə edilmiş sənədlərdən görünür ki, 05 mart 2025-ci il tarixdə Azərbyacan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin rəisi X5 tərəfindən X3 barəsində 05 mart 2025-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Qərarda göstərilmişdir ki, Qaradağ rayonu Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, hasara alınmış ərazidə qazıntı-tikinti işləri zamanı 4 (dörd) ədəd köküstə yaş bioloji inkişafda olan yulğun kolunun məhv edilməsinə görə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə prtokol tərtib olunmuş və 5000 manat məbləğində cərimə olunmuşdur. X2 şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Qaradağ rayonu Sahil qəsəbəsində 0.0350 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin sahədə tikinti aparılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Tikinti işləri qanuni çıxarış əsasında aparaılmışdır. Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsin əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən örədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. X3 şikayətində xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə (iki dəfə “Azdoc” proqramı vasitəsilə) baxmayaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin nümayəndəsi xx.xx.2026 və xx.xx.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, həmin torpaq sahəsi xüsusi mülkiyyətdə olmuşdur. Torpaq sahəsindən çıxarılmış yulğun kolları qırmızı kitaba düşmüş bitkilərin sırıasında deyildir. Azərbyacan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin əməkdaşları 2024-cü ilin oktyabr ayında əraziyə baxış keçirmiş, lakin 2025-ci ildə bununla bağlı qərar qəbul etmişlər. Əraziyə baxış keçirildikdən 5-6 ay sonra cərimə tətbiq edilmişdir. Qonşularının torpaq sahəsinə də eyni məsələ ilə bağlı baxış keçirilsə də qonşuları barəsində hər hansı qərar qəbul olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİnin rəisi X5 tərəfindən X2 barəsində 05 mart 2025-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Şikayətə əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 0,0350 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Şikayətə əlavə olunmuş Tikintilərin Dövlət Reyestrinin İnternet səhifəsindən çıxarışa əsassən X3 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 0,0350 ha torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin tikilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətini məlumatlandırmışdır. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən X3 onu bütün məhkəmə instansiyalarında təmsil etmək hüququnu Nümayəndə etibar etmişdir. Azərbaycan Respublikasının İXM-nin 253-cü maddəsinin qeyd hissəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Göründüyü kimi, xüsusi mülkiyyətdə olmayan sahələrdə yerləşən yaşıllıqlarda ağacın və ya kolların məhv edilməsi nəticəsində inzibati xətanın tərkibi yaranır. Bu səbəbdən inzibati xəta haqqında qərar qəbul edilərkən müvafiq orqan tərəfindən ağac və ya kolların xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşib-yerləşməməsi araşdırılmalıdır. Qeyd edilən hal əməlin inzibati xəta olmasını şərtləndirən amillərdən biri olduğu üçün inzibati orqan tərəfində bu hal müəyyən edilmədən qəbul edilmiş qərar hərtərəfli və ətraflı araşdırılmadan verildiyi üçün əsaslı hesab edilə bilməz. Hazırkı iş üzrə X3 tərəfindən qeyd edilən torpaq sahəsinin X2 mülkiyyətində olması ilə bağlı çıxarış təqdim olunsa da protokol tərtib edən orqan tərəfindən qeyd edilən hal araşdırılmamışdır. X1 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikinti aparması ilə bağlı qanunvericliklə nəzərdə tutulmuş qaydada Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətini məlumatlandırmışdır. Bununla da tikinti işləri aparılarkən qanunvericliyin tələbinin pozulmasına dair hər hansı hal aşkar edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kəsilmiş və ya məhv edilmiş yulğun kolların təqdim edilmiş çıxarışda göstərilən xüsusi mülkiyyətdə olan topraq sahəsində yerləşib-yerləşməsinin müəyyən edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kasdastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq rayon şöbəsinin mütəxəssisləri cəlb edilməmiş və qeyd edilən hal müəyyən edilmədən, yəni qərarda göstərilən yulğun kollarının kəsildiyi ərazinin koordinatları müəyyənləşdirilmədən qərar qəbul edilmişdir. Azərbyacan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ tərəfindən qərarda göstərilən halları təsdiq edən hər hansı sübutu, yəni foto, video və sair məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu səbədən qərar ləğv edilməli və iş yenidən baxılması üçün geri göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci, 84-cü, 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin. İş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-yə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-284/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-284/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver