Məhkəmə qərarları › İş №3(5-96)-305/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-305/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-305/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 405-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib olunmuş 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisinin dəyişdirilməsi ilə bağlı idarə heyətinin qərarı xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və 15 iş günü müddətində təqdim edilməmişdir. Nəticədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 405ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına təkarən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin və Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərdən də göründüyü kimi Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisinin dəyişdirilməsi ilə bağlı idarə heyətinin 13 avqust 2025-ci il tarixli qərarı 15 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsinə əsasən Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN:**********) Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar